Şəhla Abdulla qızı Abdullayeva (8 may 1977, Bakı) — azərbaycanlı şərqşünas, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, Filologiya üzrə fəlsəfə doktoru.
Həyatı 1977-ci il mayın 8-də Bakı şəhərində anadan olub. 1994-cü ildə 201 saylı şəhər orta məktəbini bitirib. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars filologiyası ixtisası üzrə 1994-1998-ci illərdə bakalavr, 1998-2000-ci illərdə magistr təhsili alıb. 2010-cu ildə “Azərbaycan ədəbiyyatı” və “Dünya ədəbiyyatı (fars ədəbiyyatı)” ixtisasları üzrə “Fəridəddin Əttarın “Məntiqüt-teyr” əsəri və Azərbaycan ədəbiyyatı (“Şeyx Sənan” hekayəti əsasında)” mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində baş laborant kimi başlayıb. 2001-2007-ci illərdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və UMCOR Beynəlxalq Humanitar Təşkilatının birgə layihələrində tərcüməçi və proqram köməkçisi vəzifələrində çalışıb. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin əməkdaşıdır.
Fəaliyyəti Tələbəlik illərindən mətbuatda çıxış edib. İlk elmi məqaləsi 1997-ci ildə Bakı Dövlət Universitetinin “Dil və ədəbiyyat” jurnalında nəşr olunub.(Xatəmül-ənbiya. “Dil və ədəbiyyat”, Bakı Dövlət Universiteti, Bakı, 1997, №2 (17),s.112-114) İlk kitabı 2006-cı ildə çap olunub. “Şeyx Əttar. Bülbülnamə” adlı kitabda görkəmli sufi şairi Şeyx Fəridəddin Əttar Nişapurinin “Bülbülnamə” əsərinin fars dilindən Azərbaycan dilinə filoloji tərcüməsi yer alıb.https://azertag.az/xeber/bulbulname_chapdan_chixmisdir-347422 Ədibin Evi Ədəbiyyata Dəstək Fondunun ekspertidir.https://azertag.az/xeber/edibin_evinde_zerdabi_dovrunun_metbuatinda_ticaret_meselelerinin_isiqlandirilmasi_ile_bagli_muhazire_teskil_edilib-3926435 Haqqında məlumat “Azərbaycan tərcümə ensiklopediyası”na daxil edilmişdir.Azərbaycan tərcümə ensiklopediyası. Bakı: Azərbaycan Dillər Universiteti, 2018, səh.118.
Mükafatları 22 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 3335 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 3 fevral 2025-ci il tarixində təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə təltif olunub.
Əsərləri Azərbaycan ədəbiyyatında “Şeyx Sənan” mövzusu. Bakı: “Elm və təhsil”, 2015, 304 səh. Anonim “Şeyx Sənan” mənzum hekayəti. Bakı: “Elm və təhsil”, 2016, 204 səh. (Möhsün Nağısoylu ilə birgə)
Transliterasiya və tərtib Üzeyir bəy Hacıbəyov. Mətbuatda müstə’məl siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türk-rusi və rusi-türk lüğəti. Bakı: “Elm və təhsil”, 2013, 296 səh. Şəfiqə Əfəndizadə. Seçilmiş əsərləri (1903-1925). Layihə rəhbəri və məsləhətçi: E.Ələkbərova. Elmi redaktor: M.Nağısoylu. Elmi rəyçi: K.Bünyadzadə. Bakı: “Elm və təhsil”, 2017, 426 səh. İşıq. 1911-1912. (Tam mətni). İdeya müəllifi və layihə rəhbəri: E.Ələkbərova. Elmi redaktor: M.Nağısoylu. Elmi məsləhətçilər: R.Hüseynov, H.Hüseynova. Bakı: “Elm və təhsil”, 2020, 584 səh. Гейдар Алиев и нефтяная стратегия Азербайджана в 1969-1982 гг. Сборник документов. Руководитель проекта и ответственный составитель: Э.С. Алекперова. Технические редакторы: Н.З. Бадалова, Б.З. Ибрагимова, Р.С.Якубова. Баку, «Элм ве техсил», 2023, 206 с. 1903-1920-ci illər Azərbaycan milli mətbuatında qadın məsələsi. Üç cilddə, I cild. Layihə rəhbəri və ön sözün müəllifi: E.Ələkbərova. Elmi redaktor: M.Nağısoylu. Elmi rəyçilər: H.Hüseynova, P.Kərimzadə. Bakı: “Elm və təhsil”, 2024, 316 səh. 1903-1920-ci illər Azərbaycan milli mətbuatında qadın məsələsi. Üç cilddə, II cild. Layihə rəhbəri və ön sözün müəllifi: E.Ələkbərova. Elmi redaktor: M.Nağısoylu. Elmi rəyçi: H.Hüseynova. Bakı: “Elm və təhsil”, 2025, 368 səh. Babayi-Əmir. 1915. Elmi redaktor: V.Qaradağlı. Bakı: ADA Universiteti, 2025, 328 səh. Babayi-Əmir. 1916. Elmi redaktor: V.Qaradağlı. Bakı: ADA Universiteti, 2025, 323 səh.
Tərcümələri Şeyx Əttar. Bülbülnamə. Bakı: “Nurlan”, 2006, 144 səh. (Fars dilindən Azərbaycan dilinə filoloji tərcümə) H.Mirələmov, V.Andriyanov. Görkəmli şəxsiyyətlərin həyatı: Heydər Əliyev. Bakı: “Nurlar”, 2007, 608 səh. (Rus dilindən fars dilinə tərcümə) Henrix Fridrix fon Dits. Homerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu. “Kitabi-Dədə Qorqud”: Basat Təpəgözü öldürdüyü boyu bəyan edər. Bakı: “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2015, 80 səh. (Azərbaycan dilindən fars dilinə tərcümə) (M.Nağısoylu ilə birgə)
Lüğət Azərbaycanca-farsca-rusca-ingiliscə atalar sözləri Bakı: “Nurlan”, 2007, 115 səh. (S.Məmmədova ilə birgə) Farsca-azərbaycanca lüğət. Bakı: “Şərq-Qərb”, 2007, 640 səh. (M.Nağısoylu, A.Ramazanov, Ə.Bağırov ilə birgə) Azərbaycanca-farsca lüğət. 2 cilddə, 1-ci cild (A-Q). Bakı: “Şərq-Qərb”, 2020, 672 səh. (M.Nağısoylu, Ə.Bağırov ilə birgə) Azərbaycanca-farsca lüğət. 2 cilddə, 2-ci cild (L-Z). Bakı: “Şərq-Qərb”, 2020, 656 səh. (M.Nağısoylu, Ə.Bağırov ilə birgə)
İstinadlar
Kateqoriya:Fars dilindən Azərbaycan dilinə tərcümə edənlər