Vertical (əvvəlki adı Vertical Entertainment) — 2012-ci ildə prodüserlər Riç Qoldberq və Miç Budin tərəfindən əsası qoyulmuş Amerika müstəqil film distribütoru şirkətidir. Vertical filmləri bütün fortamtalrda, o cümlədən kinoteatrlarda, tələb üzrə video, ev üçün buraxılış və onlayn yayım platformasında yayımlayır.

Tarix 2012-ci ildə Riç Qoldberq və Miç Budin il ərzində 24 film təqdim etmək şərtilə filmləri kinoteatrlarda, tələb üzrə video, ev mediası və onlayn yayım vasitəsilə yayımlayan Vertical Entertainment film distribütoru şirkətinin əsasını qoydular. 2019-cu ilin noyabrında Vertical şirkətinin Birləşmiş Krallıqda distribüsiya şöbəsini açacağı elan edildi.

İllər ərzində Vertical filmləri çoxlu sayda mükafat qazanmış və namizədliklər əldə etmişdir; bura Dörd yaxşı gün filmindəki Ən Yaxşı Orijinal Mahnı üçün Oskar Namizədliyi, Yubiley xanım filmində Nikole Behari üçün Ən Yaxşı Qadın Rolu üzrə Qotam Mükafatı, Cinayətkar Emili filmi üçün Ən Yaxşı İlk Ssenari üzrə Müstəqil Ruh Mükafatı, O mənim yanıma gəldi filmindəki Ən Yaxşı Orijinal Mahnı üçün Qızıl Qlobus Namizədliyi və Səndən olan bədheybət filmində Melissa Barrera rolu üçün Sandens Film Festivalı tamaşaçı mükafatı daxildir. Vertical hazırda illik film təqdimatını 80-dən çox filmə çatdırmışdır.

Xarici keçidlər Rəsmi sayt

İstinadlar

Kateqoriya:2012-ci ildə yaradılmış media şirkətləri Kateqoriya:ABŞ-nin film distribütorları