Şahzadə Vilyam Henri (; ) — Britaniya və İrlandiya kralı II Georqun nəvəsi, Qloster və Edinburq hersoqu.
1743-cü ildə Vestminsterdə dünyaya gəldi. Atası Britaniya və İrlandiya kralı II Georqun oğlu Uels şahzadəsi Şahzadə Frederik Lüdovik, anası isə Saksen-Qota-Altenburq hersoqu II Frederikin qızı Şahzadə Avqustadır. Mükəmməl saray təlim-tərbiyəsi aldı. 1751-ci ildə atası vəfat etdi və digər bacı-qardaşlarıyla birlikdə babası II Georqun himayəsinə girdi. 1760-cı ildə babasının vəfatından sonra böyük qardaşı III Georq adıyla taxta çıxdı. 19 noyabr 1764-cü ildə Qloster və Edinburq hersoqu ünvanı aldı.
Aktiv hərbi karyera istəsə də, nə sağlamlığı, nə də qabiliyyəti buna imkan vermədi. Buna baxmayaraq 1766-cı ildə piyada alayında polkovnik rütbəsi aldı. Həmin il Britaniyanın ilk baş naziri Robert Uolpolun nigahdan kənar nəvəsi Mariya Valpolla gizlicə evləndi. Bu evlilik uzun illər gizli tutuldu və 1772-ci ildə kral tərəfindən rəsmi şəkildə tanındı. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.
Sofiya (1773-1844) Karolina (1774-1775) Vilyam Frederik (1776-1834)
1767-ci ildə general rütbəsinə yüksəldi. 1771-ci ildə Dublin Universitetinin rektoru oldu və 1805-ci ilədək bu vəzifədə çalışdı.
Mənbə
Ədəbiyyat
George Edward Cokayne, Vicary Gibbs (Hrsg.): The Complete Peerage. Band XII/2, The St. Catherine Press, London 1959, S. 920–9 William Arthur Shaw: The Knights of England. Band 1, Sherratt and Hughes, London 1906, S. 44
İstinadlar Kateqoriya:Birləşmiş Krallıq şahzadələri