Şahzadə Frederik Avqust (; ) — Britaniya və İrlandiya kralı III Georqun oğlu, York və Albani hersoqu, Osnabrük yepiskopu.
1763-cü ildə Sent-Ceyms sarayında dünyaya gəldi. Atası Britaniya və İrlandiya kralı III Georq, anası isə Meklenburq-Strelitzli Şarlottadır. Hələ 6 aylıq ikən, ona Osnabrük yepiskopu ünvanı verildi.
4 noyabr 1780-ci ildə polkovnik rütbəsilə hərbi karyeraya başladı. 1781-1787-ci illərdə Hannoverdə yaşadı və Göttingen Universitetində təhsil aldı. 20 noyabr 1782-ci ildə general-mayor, 27 oktyabr 1784-cü ildə general-leytenant rütbələrinə yüksəldi.
27 noyabr 1784-cü ildə York və Albani hersoqu ünvanı aldı. 12 aprel 1793-cü ildə ordu generalı rütbəsinə yüksəldi.
29 sentyabr 1791-ci ildə Berlində Prussiya kralı II Fridrix Vilhelmin qızı Frederika Şarlotta ilə evləndi. Cütlüyün ikinci toy mərasimi isə 23 noyabrda Bukingem sarayında baş tutdu. Evliliyi xoşbəxt deyildi və rəsmi boşanma olmasa da, cütlük bir müddət sonra ayrı-ayrı həyatlar yaşamağa başladı. Cütlüyün bu nigahdan övladı olmadı.
1827-ci ildə Londonda vəfat etdi. Cənazəsi Vindzor qalasındakı Müqəddəs Corc kilsəsinə dəfn olundu.
Mənbə
Ədəbiyyat
İstinadlar Kateqoriya:Birləşmiş Krallıq şahzadələri