Əbu Talib Məhəmməd ibn Məhəmməd ibn İbrahim ibn Qeylan əl-Bəzzaz əl-Həmdani (; ) — "Əl-Qeylaniyyat" adlı hədis cüzlərinin rəvayətçisi.
Həyatı Şəxsən özü, hicri 347-ci ilin Məhərrəm ayında (958-ci ilin mart-aprel ayları) doğulduğunu bildirmişdir. Böyük qardaşı Əbül-Qasım Qeylan da etibarlı bir mühəddis idi.
İbn Qeylan, Əbu Bəkr əş-Şafii, İbrahim ibn Məhəmməd əl-Müzəkki, Əbül-Həsən Əli ibn Qasım ən-Nəccad kimi alimlərdən hədis rəvayət etmişdir.
Ondan isə Xətib əl-Bağdadi, Əbül-Fəzl ibn Xeyrun, İbn Sivər əl-Bağdadi, Əbu Əli Əhməd ibn Məhəmməd əl-Bərədani, Cəfər ibn Əhməd əs-Sərrac hədis öyrənmişlər.
Xətib əl-Bağdadinin bildirdiyinə görə, "səduq" (doğru danışan, etibarlı) bir ravi olan İbn Qeylan hicri 440-cı ilin Şəvval ayının 6-da (1049-cu il martın 14-də) Bağdadda vəfat etmiş və Dərbü Əbdədəki evində dəfn edilmişdir.
Zəhəbi yazır ki, İbn Qeylan müəllimi Əbu Bəkr əş-Şafiidən hicri 352–354-cü illər (963–965) arasında rəvayət etdiyi 10 min hədis on bir cüz təşkil etmişdir.
Həmçinin bax
Vəki ibn Cərrah Əbu Davud
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Ravilər