Martuni rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur. Qərbi Azərbaycanın Göyçə mahalının ərazisində yerləşirdi.
Tarixi 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1185 kv.km-dir. Rayon mərkəzi Aşağı Qaranlıq (dəyişdirilmiş adı Martuni) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 130 km-dir.
Bir tərəfdən Göyçə gölünə (dəyişdirilmiş adı Sevan) söykənən rayon digər tərəflərdən Basarkeçər və Göyçə yaylaları ilə dövrələnmişdir. Soylan rayonu ərazisində Arpaçayın üzərindəki Keçid su anbarından başlanan Arpa-Göyçə kanalı Martuni rayonunun ərazisindən keçərək rayonun Aşağı Alçalı kəndi yaxınlığında Göyçə gölünə tökülür. Əziznər, Asaymirzə yaylaqları və Səlim aşırımı (hünd.2410 m), Ərmağan (hünd.2829 m) dağları da rayonun ərazisinə düşür.
Martuni rayonunun kəndləri — Kolagirən, Mədinə, Aşağı Alıcalı, Əliqırıq, Vəliağalı, Yuxarı Qaranlıq, Göl kəndi, Yuxarı Adıyaman, Aşağı Adıyaman, Dəlikdaş, Təzəkənd, Əbdülağalı, Aşağı Gözəldərə, Zolağac
1948–1951-ci illərdə Martuni rayonunun azərbaycanlı kəndlərinin demək olar ki, hamısı bütünlüklə boşaldılmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Martuni rayonu üzrə dəyişdirilmiş tarixi yer adları: Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixiAbdalağalıVavşen03.01.1935VəliağalıDzoragyuğ…GölLiçik…DəlikdaşTsakkar…Aşağı QaranlıqMartuni…ƏliqırıqAstxadzor03.01.1935ZolaxaçZolakor03.01.1935KolagirənTsovinar03.01.1935Yuxarı AdyamanVerin Getaşen07.12.1945Aşağı AdyamanNergin Getaşen07.12.1945Aşağı GözəldərəVardenik07.12.1945KəsikbaşLernaker07.12.1945AdamxanVardadzor03.07.1968Aşağı AlçalıArstsvanist27.09.1968QaranlıqGehovit03.07.1968
thumb|250px|Aşağı Qaranlıq rayonunda mənzərə
İstinadlar
Xarici keçidlər Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı
Həmçinin bax Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası
Kateqoriya:Göyçə mahalı Kateqoriya:Ermənistan SSR-in rayonları