Fridrix Samoyloviç Bayern (; ) — Rusiya imperiyası təbiətşünası və arxeoloqu. 1871-ci ildə Fridrix Bayern tərəfindən ilk dəfə Mingəçevirdə səthi tədqiqat işləri aparıb.
Həyatı Fridrix Bayern hələ gənc yaşlarında Odessaya gəlib. O, Qara dəniz sahillərinin təbiət elmlərini və qədim abidələrini öyrənməyə başlamışdır. O, əvvəlcə məşhur zooloq Nordmanın, daha sonra isə qraf Mnişek və baron Şoduarın rəhbərliyi altında fəaliyyət göstərmişdir. Sonuncu, onu knyaz Mixail Vorontsova tövsiyə etmiş, Vorontsov isə 1849-cu ildə Bayerni Qafqaza gətirmişdir. O, ömrünün sonuna qədər burada qalaraq əsasən Qafqazın təbiətini və qədim tarixini öyrənmişdir. Qafqazdakı uzunmüddətli fəaliyyətinin ilk yarısını Bayern mineralların, bitkilərin və həşəratların toplanmasına həsr etmiş və onun zəngin kolleksiyaları Qafqaz Muzeyinin bünövrəsini qoymuşdur. Son 20 ildə isə Bayern əsasən Qafqazın qədim abidələrini toplamış və öyrənmişdir. Qafqazda qədim qəbirlərdə gizlənən xəzinələrin izinə düşən ilk şəxs o olmuşdur. Samtavr qəbirstanlığında (Samtavro molaqında) apardığı qazıntılarla Qafqaz xalqlarının iki və daha çox minillik bundan əvvəlki həyatını xarakterizə edən zəngin materiallar əldə etmişdir. Onun kolleksiyaları Tiflisdə keçirilən beşinci Arxeoloji Qurultayda böyük maraq doğurmuş və sonradan yeni qazıntılarla daha da genişlənərək, uzun müddət qoruyucusu olduğu Qafqaz Muzeyinin qədim əşyalar şöbəsini zənginləşdirmişdir.
Pyatiqorsk və Ekaterinodardakı muzeylər də məhz onun tapıntıları və təşəbbüsü sayəsində yaradılmışdır. Bayern özü-özünü yetişdirmiş (mütəxəssis təhsili olmayan) bir şəxs olduğu üçün onun təyinatsosial qiymətləndirmələri hər zaman uğurlu olmurdu və ciddi elmi xarakter daşımırdı. Buna baxmayaraq, zəngin Mtsxeta qəbirlərinin kəşfi və digər çoxsaylı, uğurlu qazıntıları sayəsində — ümumilikdə o, 600-ə yaxın qəbir qazmışdır — haqlı olaraq Qafqazın ən görkəmli arxeoloqlarından biri hesab olunur. Bayern öz qazıntı və araşdırmalarının nəticələrini Berlin Təbiətşünaslıq, Antropologiya və Etnoqrafiya Cəmiyyətinin mətbu orqanı olan "Zeitschrift für Ethnologie" jurnalında dərc etdirirdi. (Burada onun 1872-ci il buraxılışında 1871–1872-ci illərdə Mtsxeta yaxınlığında apardığı qazıntılar haqqında məqaləsi, 1885-ci il buraxılışında isə Qafqazdakı qədim qəbirlər və dəfinələr barədə 16 cədvəldən ibarət tədqiqatı və s. yer almışdır). Həmçinin onun yazıları "Mittheilungen der Anthropologischen Gesellschaft im Wien", İmperator Təbiətşünaslıq, Antropologiya və Etnoqrafiya Cəmiyyətinin Xəbərlərində (cənab Zeydliçin təqdimatında "Samtavr qəbirstanlığının yeni qazıntıları haqqında"; cild XLIX, buraxılış 4), 1874–1876-cı illərə aid "Qədim Rus İncəsənəti Cəmiyyətinin Xəbərləri"nin III şöbəsində ("Samtavr qəbiristanlığında tarixdən əvvəlki Qafqaz"), Moskva Arxeologiya Cəmiyyətinin əsərlərində ("Öz qazıntılarının nəticələri haqqında", VIII cild və eyni cilddə "Kelossur yaxınlığındakı mərmər daş haqqında"), Beşinci Arxeoloji Qurultayın materiallarında ("Petrovsk şəhəri yaxınlığında tapılan əşyaların siyahısı və təsviri") və digər nəşrlərdə işıq üzü görmüşdür. Bundan əlavə, onun qazıntılarının nəticələri barədə vaxtında "Kavkaz" qəzetində də məlumatlar verilirdi.
Həmçinin bax Mingəçevir arxeoloji kompleksi
İstinadlar
Ədəbiyyat Весьма краткие некрологи: в газете "Кавказ", 1886 г., № 52 и в "Zeitschrift für Ethnologie" (Berlin, 1885 г.). Байерн, Фридрих Самойлович // Русский биографический словарь : в 25 томах. — СПб., 1900. — Т. 2: Алексинский — Бестужев-Рюмин. — С. 418.
Xarici keçidlər Курганы "Три сестры" в Анапе: раскопки Ф. С. Байерна в 1875 году
Kateqoriya:Rusiya imperiyası arxeoloqları