Mofletta (Hebrew, həmçinin Mufleta, Mofleta, Moufleta və s.), Pasxadan sonrakı gün, Mimouna bayramı zamanı ənənəvi olaraq yeyilən Məğribi yəhudi pankekidir.
Mofletta su, un və yağdan hazırlanmış nazik bir krepdir. Xəmir nazik şəkildə yayılır və yağlanmış tavada sarı-qəhvəyi rəng alana qədər bişirilir. Adətən isti şəkildə yeyilir və üzərinə kərə yağı, bal, şərbət, mürəbbə, qoz, püstə və ya quru meyvələr əlavə olunur.Roden, Claudia, The Book of Jewish Food: An Odyssey from Samarkand to New York, New York, Knopf (1997) , pg. 554
Məğrib yəhudi icmaları, xüsusən də Mərakeş yəhudiləri tərəfindən İsrailə gətirilən Mimouna bayramı, Pasxadan dərhal sonra qeyd olunur. Axşam qonşular və qonaqlar üçün meyvə, şirniyyat və xəmir xörəklərindən ibarət ziyafət təşkil olunur və ənənəvi olaraq təqdim edilən yeməklərdən biri də moflettadır.Roden, Claudia, The Book of Jewish Food: An Odyssey from Samarkand to New York, New York, Knopf (1997) ISBN 0-394-53258-9, pg. 554
Tarix Hélène Jawhara Piñer- ə görə, moflettanın ən erkən məlum versiyasına eramızın 12-ci və ya 13-cü əsrlərində Orta əsr İspaniyasında yazılmış bir yemək kitabı olan Kitab əl-ṭabīẖ -də rast gəlinir. Bu yemək kitabına murakkaba adlı şirin bir yemək daxildir. Bu yemək yalnız bir tərəfi üzrə bişirilən pankekləri kiçik bir qüllə şəklində yığmaq və sonra üzərinə əridilmiş yağ və bal səpməkdən ibarətdir. Bu hazırlama üsulu yemək kitabında unikaldır və başqa heç bir reseptdə əks olunmur.
Həmçinin baxın Mizrahi yəhudilərinin mətbəxi İsrail mətbəxi
Xarici keçidlər Mofletta üçün resept (İvrit)
Kateqoriya:Şimali Afrika mətbəxi Kateqoriya:Pankeklər Kateqoriya:Mərakeşdə yəhudilər və iudaizm Kateqoriya:Yəhudi çörək məmulatları Kateqoriya:İsrail mətbəxi