Turan dinləri (həmçinin Skif-Sarmat dini və ya Saka dini kimi də tanınır) Erkən Dəmir dövründə Hinduquşdan Qara dəniz bölgəsinə qədər pastoral İran tayfaları (Skiflər, Sarmatlar və Saklar) arasında geniş yayılmış dini və mifoloji inanclardır. Turan dini inancları Mazdaizmə gedib çıxır, lakin Turanlılar arasında Hörmüzd ali tanrı kimi deyil, ortaq qədim İran panteonundakı bir çox digər tanrılardan biri kimi hörmət edilir.

Skif dini inancları Əsas məqalə: Skif mifologiyası.

Herodot Skif tanrıları və ritualları haqqında ən dəyərli məlumatları təqdim edir. Herodot dövründəki İskit dinini qəbilə dini kimi xarakterizə etmək olar və milli dövlət dininin yaradılmasına meyilli idi. Tabiti, Papai və Api üçlüyünün başçılıq etdiyi ali tanrıların panskif panteonu meydana gəldi. Herodotun fikrincə, İskitlər ocaq və od ilahəsi olan Tabitiyə (Hestiya) ən çox hörmət edirdilər. Odun müqəddəs bir element kimi bu cür ehtiramı bütün Hind-Avropa və xüsusilə Hind-İran xalqları üçün ortaqdır.Степи европейской части СССР в скифо-сарматское время. / Серия: Археология СССР. М.: Наука, 1989, С. 120–121.

Sarmat və Alanların dini inancları Sarmat panteonunda yeddi tanrının olduğuna inanılır,Абаев В. И. Культ семи богов у скифов // Древний мир. М., 1962, С. 446. çünki Alanlarda yeddi tanrı kultu təsdiqlənir. Yeddi tanrının arxaik formada sitayişinə Avestada da rast gəlinir.Нагимов Р. Д. Мировоззрение кочевников Южного Урала в эпоху раннего железа и его связь с зороастризмом//Урал-Алтай: через века в будущее. Уфа, 2008, С. 163. Sirakuzalı Nimfodor (e.ə. 3-cü əsr) yazırdı ki, "Savromatlar (Sarmatlar) oda sitayiş edirdilər".Смирнов К. Ф. Сарматы на Илеке. М., Наука, 1975, С. 155.

Saka və Massagetlərin dini inancları Avestada Saklar Turanlılar adlanır. Avestaya görə, Zərdüştün (Friana qəbiləsi) davamçıları Turanlılar arasında artıq mövcud idi. Bunu Avestada Skif-Saka dastanında tanınan əfsanəvi qəhrəmanlar Haoşanq və Tahma-Urupun olması da təsdiqləyir.Нагимов Р. Д. Мировоззрение кочевников Южного Урала в эпоху раннего железа и его связь с зороастризмом // Урал-Алтай: через века в будущее. Уфа, 2008, С. 161.

Qədim Yunan tarixçisi Herodot Saka tayfalarından biri olan Massagetlərdən bəhs edərək, onların günəşə sitayiş etdiklərini yazır.Геродот // История. В 9-ти кн. / Пер. Г. А. Стратановского. М., Ладомир, 2001.

Xotan-Saka dilində "günəş" urmay-sde (qədim İran Ahura Mazda/Ahura-Mazdahının Saka əksi) adlanır.Лившиц В. А. Иранские языки народов Средней Азии//Народы Средней Азии и Казахстана, I. M., 1962, С. 153.

İstinadlar

Kateqoriya:Dini inam və təlimlər