Mia Volles — 1994-cü ildə Kventin Tarantinonun rejissoru olduğu "Kriminal qiraət" filmində Uma Turmanın canlandırdığı uydurma personaj. Bu rol Turmanın karyerasında dönüş nöqtəsi olmuş və ona "Ən yaxşı ikinci dərəcəli qadın roluna görə" Oskar mükafatına namizədlik qazandırmışdır. Personaj mədəni simvola çevrilmişdir.
Mia filmin tanıtım materiallarında əsas personaj kimi təqdim olunmuş, əlində siqaretlə çarpayıda təsvir edilmişdir.
Kastinq Kastinqin əvvəlində Tarantino və Miramax bu rol üçün İzabella Rossellini və Meq Rayanı nəzərdən keçirirdilər. Nəzərdən keçirilən digər aktrisalar arasında Deril Hanna, Coan Kyusak, Helli Berri, Culiya Lui-Dreyfus, Holli Hanter və Alfre Vudard da var idi. Tarantino rola seçim mərhələsində iştirak edən Mişel Pfayferə üstünlük verirdi. Keyt Bekinseyl də rola seçim mərhələsində iştirak etmişdi.
Rozanna Arket də nəzərdən keçirilmişdi, lakin nəticədə filmdə Codi obrazını canlandırdı. Onun bacısı Patrisiya da Tarantinonun Mia rolunu canlandırmaq üçün seçimlərindən biri idi. Siyahıda olan digər aktrisalar Virciniya Madsen, Marisa Tomey, Cennifer Bils, Pem Qrir, Fibi Keyts, Bricet Fonda, Cazmin Qay, Anjela Bassett, Annet O'Tul, Debra Uinqr, Robin Rayt, Meq Tilli, Madonna, Sinda Vilyams və N'Buşe Rayt idi.
Turmanın agenti Cey Moloni ssenarinin bir nüsxəsini oxumuş və Mianın onun üçün mükəmməl rol olduğunu düşünmüşdü. Lakin Turman bu rolun onun üçün uyğun olduğuna o qədər də əmin deyildi. O, ssenarini qorxuducu və vulqar hesab edirdi. Tərəddüdlərinə baxmayaraq, Los-Ancelesdə Tarantino ilə üç saatlıq naharda görüşdü, daha sonra isə Nyu-Yorkdakı mənzilində saatlarla müzakirə apardılar.
İstinadlar
Kateqoriya:Qadın film personajları Kateqoriya:Uydurma heroin istifadəçiləri Kateqoriya:Uydurma kokain istifadəçiləri Kateqoriya:Kventin Tarantino tərəfindən yaradılmış personajlar Kateqoriya:Uydurma sosialitlər Kateqoriya:Uydurma aktyorlar