Mahmud bəy Əfəndiyev (1 iyul 1880 – 30 noyabr 1969) — Azərbaycan həkimi və diplomatı, Azərbaycan Xalq Cümhuriyyətinin Batumdakı ilk konsulu və baş konsulu.
Həyatı Mahmud bəy Əfəndiyev 1880-ci ildə anadan olmuşdur. Əslən Qazax qəzasının Dağ Kəsəmən kəndindəndir.
1906-cı ildə Axalkələk qəzasının tanınmış Palavandovlar nəslindən olan Mahinur xanımla evlənmişdir. Mahmud bəy və Mahinur xanım Xarkov İmperator Universitetində tibb təhsili almışlar.
Mahmud bəy Əfəndiyev Batum, Artvin və Acarıstan bölgələrində həkim kimi fəaliyyət göstərmişdir. Batum dövlət tibb müəssisəsində və Çakvi dövlət malikanəsində çalışmış, Çürüksu xəstəxanasında baş həkim olmuşdur. 1912-ci ildən Batumda karantin həkimi kimi fəaliyyət göstərmişdir.
Diplomatik fəaliyyəti 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Batumda konsulluğunun yaradılması qərara alınmışdır. Mahmud bəy Əfəndiyev Azərbaycanın Batumdakı konsulu təyin edilmişdir.
Azərbaycanın Batumdakı konsulluğu 1 yanvar 1919-cu ildə fəaliyyətə başlamışdır.
30 may 1919-cu ildə Batumdakı konsulluğun statusu baş konsulluğa yüksəldilmişdir. 20 iyun 1919-cu il tarixli əmrlə Mahmud bəy Əfəndiyev Azərbaycanın Batumdakı baş konsulu təyin edilmişdir.
Türkiyədə fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Mahmud bəy Əfəndiyev Türkiyəyə keçmiş və həkimlik fəaliyyətini davam etdirmişdir. Daha sonra İzmir şəhərində yaşamışdır.
Ailəsi Mahmud bəy Əfəndiyev Mahinur xanım Palavandova ilə evli olmuşdur. Onların Leyla, Niyazi, Fevziyyə və Süleyman Paşa adlı övladları olmuşdur.
Mükafatı 1916-cı ildə Mahmud bəy Əfəndiyev Rusiya imperatoru II Nikolay tərəfindən qızıl zəncirli qızıl saatla mükafatlandırılmışdır.
Vəfatı Mahmud bəy Əfəndiyev 30 noyabr 1969-cu ildə vəfat etmişdir.
İstinadlar