Bəhram xan Ordubadi (və ya Məlik Bəhram) — XVI əsrdə yaşamış Azərbaycan feodalı, Səfəvilər dövləti dövründə Ordubad şəhərinin kələntəri (inzibati və mülki idarə rəisi).

Həyatı O, məşhur Ordubadilər sülaləsinin banisi hesab olunur. Nəslinin dahi alim Nəsirəddin Tusidən gəldiyi ehtimal edilir.Səfəvi şahı I İsmayıla xidmət etmiş, bir müddət saraydakı bəzi narazılıqlar və fitnələr səbəbindən vətənini tərk edib Misirdə yaşasa da, sonradan I İsmayıl tərəfindən geri dəvət olunaraq Ordubadın kələntəri təyin edilmişdir. Onun oğlu Hatəm bəy Ordubadi sonradan I Şah Abbasın dövründə Səfəvi imperiyasının baş vəziri (Etimad əd-dövlə) olmuşdur.

İstinadlar