Abovyan rayonu (1937–1961-ci illərdə Kotayk rayonu) — Ermənistan SSR və Ermənistan Respublikası ərazisində rayon. Mərkəzi Abovyan şəhəridir.
Tarixi Rayonun ərazisi tarixi Qırxbulaq mahalının ərazilərini əhatə edirdi.
9 sentyabr 1930-cu ildə yaradılıb. 12 oktyabr 1961-ci ilə qədər Kotayk rayonu, həmin tarixdən etibarən isə Abovyan rayonu adlandırılıb. Ərzisi 844 kv km olmuşdur. Rayon mərkəzi respublika tabeli Ellər (dəyişdirilmiş adı Abovyan) şəhəri idi. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 16 km-dir.
Göyçə (dəyişdirilmiş adı Geğam) yaylasının bir hissəsi rayon ərazisinə düşür.Əjdaha dağı (h.3598 m) həmin yaylanın bu rayon ərazisindəki ən hündür zirvəsidir.
1948–1951-ci illərin etnik təmizləmə siyasətinə ən çox məruz qalan rayonlardan biridə Ellər rayonudur. Bu illərdə rayonun Ellər, Başkənd, Avdallar, Göykilsə, Çadqıran, Dəlləkli, Muradtəpə, Alakilsə, Ağadərəsi, Yelqovan, Zar, Şahab, Təzəkənd, Tutiyyə, Qaraqala, Kərpicli, Ərtiz və başqa rayonlarının azərbaycanlı əhalisi Azərbaycana deportasiya olunmuşdur.
1970-ci illərdə rayon ərazisinin bir hissəsi Əştərək rayonunun bir hissəsi ilə birləşdirilərək yeni Nairi rayonu yaradılmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixiBaş GərniGərni03.01.1935KərpicliGeğadir03.01.1935QızqalaAstğaberd03.01.1935ÇadqıranRazdan03.01.1935RazdanGehaşen21.10.1967GöykilsəKaputan03.01.1935YelqovanKotayk03.01.1935DəvəxarabaAvad03.01.1935ŞahabMayakovski11.04.1940BaşkəndAkunk04.04.1946AvdallarAtsavan04.04.1946ƏrtizGehard04.04.1946TəcrəbaxDozaraxpyur04.04.1946AğadərəsiKatnaxpyur04.04.1946KətranGetameç21.06.1948DəlləkliZovaşen21.06.1948TutiyyəSaranist21.06.1948QaraqalaSevaberd21.06.1948EllərAbovyan12.10.1961MuradtəpəKanakeravan15.08.1964MəəgübBalahovit26.12.1968GüllücəZovk25.01.1978KəmrəzKamaris25.01.1978KənkanHatis25.01.1978
İnzibati-ərazi bölgüsü Rayon 1 yanvar 1948-ci il vəziyyətinə görə şəhər tipli Kənəkir qəsəbəsindən və 25 kənd sovetliyindən ibarət idi.Информационно-Статистический отдел при секретариате президиума верховного совета Армянской ССР. Армянская ССР: Административно-территориальная деление на 1-ое января 1948 года, Издание первое. Армгосиздать, Ереван, 1948, стр. 38–39 Sovetliyin adı Sovetliyin ərazisi Sovetliyin inzibati mərkəzi Sovetliyə daxil olan yaşayış məntəqələri Azərbaycan dilində Rus dilində km² — lə Adı Adı Avan Аванский 10 Avan Avan, Botanika bağı yanında qəsəbə Başkənd Акункский 37 Başkənd Başkənd, Ağadərəsi Aramus Арамусский 35 Aramus Aramus, Güllücə Ərzni Арзнинский 24 Ərzni Ərzni, Ərzni kurort qəsəbəsi Ərinc Аринджский 11 Ərinc Ərinc Avdallar Ацаванский 27 Avdallar Avdallar, Sotsqyux Oxçuberd Вохчабердский 22 Oxçuberd Oxçuberd, Kərpicli Baş Gərni Гарнинский 50 Baş Gərni Baş Gərni Ərtiz Гехардский 14 Ərtiz Ərtiz Kolt Гохтский 15 Kolt Kolt Kəmrəz Гямрезский 24 Kəmrəz Kəmrəz Dəlləkli Даллаклинский 21 Dəlləkli Dəlləkli, Quyulu Təcrəbax Дзорахпюрский 25 Təcrəbax Təcrəbax, Məngiz Civriş Джрвежский 33 Civriş Civriş Yelqovan Елгованский 22 Yelqovan Yelqovan, Təzəkənd Zar Зарский 26 Zar Zar Göykilsə Капутанский 33 Göykilsə Göykilsə Qaraqala Каракалинский 20 Qaraqala Qaraqala, Musakənd Kənkan Кянкянский 48 Kənkan Kənkan, Dəvəxaraba, Qızqala Şahab Маяковский 22 Şahab Şahab, Dzaq sovxozu yanında qəsəbə, Muqub Nurnus Нурнусский 19 Nurnus Nurnus, Nikolayevka Ptıxni Пытхнинский 15 Ptıxni Ptıxni, Bağçılıq sovxozu yanında qəsəbə, Qətran Çatqıran Разданский 35 Çatqıran Çatqıran Tutiya Тутиянский 21 Tutiya Tutiya, Bəzəkli Ellər Эларский 13 Ellər Ellər
Xarici keçidlər Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı
İstinadlar
Həmçinin bax Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası
Xarici keçidlər
Kateqoriya:Abovyan rayonu Kateqoriya:Qırxbulaq mahalı Kateqoriya:Ermənistan SSR-in rayonları