Ərtik, Artik — Qərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir.

Toponimikası ARTİK — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Artik r-nunda) kənd adı. 1878-ci ildə Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir. Həmin qəzada XIX əsrin axırlarında Artik adlı kənd xarabalığı da vardı. Erməni mənbələrində VII əsrdən məlumdur. Ehtimal ki, qədim türk dillərindəki art — "dağlıq ərazi", "aşırım" sözündəndir və əsli Artdıq (yəni Artlıq) olmuşdur. Kənd həqiqətən 1770 m. hündürlükdə, aşırımda yerləşir. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Nalçik dairəsində Art-Kol-Su və Art-Kol-kənd, Dağıstan əyalətinin Andi dairəsində Artluk, həmin əyalətin Kaytak-Tabasaran dairəsində Art-Uzun (çay adı) toponimləri ilə sıra təşkil edir.B. Budaqov, Q. Qeybullayev Ermənistanda Azərbaycan Mənşəli Toponimləri İzahlı Lüğəti Bakı,1998

Əhalisi Rəsmi statistikaya görə hazırda 15.000 nəfər əhalisi var.

Həmçinin bax Ağmanqan Artiz

İstinadlar

Mənbə Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997. B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.

Xarici keçid http://karabakhinfo

Kateqoriya:Şörəyel mahalı Kateqoriya:Ermənistan şəhərləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri Kateqoriya:V əsrdə yaranan yaşayış məntəqələri