Murad Məmmədov () — Azərbaycan futbolçusu, Kipr Birinci Divizion klubu "Pafos" və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında yarımmüdafiəçi kimi oynayan peşəkar Azərbaycan futbolçusu .
Klub karyerası
Neftçi "Neftçi"nin yetirməsidir. Karyerasına müdafiəçi kimi başlamış və "4" nömrəli formanı geyinmişdir. Daha sonra komandaya yeni məşqçi gəlməsiylə Məmmədov vinger mövqeyində oynatmağa başlamışdır. Bu zaman "7" nömrəli formanı seçmişdir. Klubun heyətində 4 oktyabr 2024-cü ildə 2024/25 mövsümü Misli Premyer Liqasının XI turunda "Kəpəz"lə səfər oyununda debüt etmiş, komandası 3:4 hesabıyla məğlub olmuşdur. "Ayın qolu" layihəsi çərçivəsində noyabr ayının ən yaxşı qolunun müəllifi olan Murad Məmmədov mükafatlandırılıb. Mövsüm ərzində 17 oyuna çıxıb.
Pafos 15 iyun 2026-cı ildə Məmmədov "Pafos" ilə dördillik müqavilə imzaladı. Klubda geyindiyi "47" nömrəli forma onun əvvəlki nömrələrinə istinaddır.
31 iyul 2026-cı ildə UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Xorvatiyanın "Hayduk Split" komandası ilə ev oyununda debüt edib. Matç ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb, Murad Məmmədov isə 83-cü dəqiqədə İvan Şunjiçi əvəzləyərək mübarizəyə qoşulub. 13 avqustda UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab qarşılaşması tarixində "Pafos" Avstriya "Zalsburq"unu qəbul edib. 3:3 hesablı heç-heçə ilə başa çatan matçın 82-ci dəqiqəsində şans qazanan Məmmədov meydanda daxil olduqdan cəmi 2 dəqiqə sonra yeni komandasında debüt qolunu vurub.
3 sentyabr 2026-cı ildə Kipr Superkubokunda "Pafos" klubu "Omoniya"nı 1:0 hesabıyla məğlub edərək titula yiyələnib. Murad Məmmədov zədə səbəbilə bu qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib, lakin Kiprdə kubok qazanan ilk azərbaycanlı olub.
Beynəlxalq karyerası Azərbaycan U-17 milli komandasının heyətində 24 oktyabr 2022-ci ildə Ukrayna U-17 millisinə qarşı 5:2 hesabıyla məğlub olduqları oyunda debüt etmişdir. 30 oktyabrda Lixtenşteyn U-17 millisinə qarşı 8:0 hesablı qələbədə bir qol və iki assist müəllifi olmuşdur.
Azərbaycan U-19 millisinin heyətində Bosniya və Herseqovina U-19 millsinə qarşı 0:0 hesabıyla yekunlaşan matçda debüt etmişdir.
Azərbaycan U-21 millisinin heyətində Belarus U-19 millsinə qarşı 1:3 hesabıyla məğlub olduqları görüşdə debüt etmişdir.
Uğurları Pafos
Kipr Superkuboku: 2026
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kipr Birinci Diviziyası futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri