Kopeyka — Rusiyada fəaliyyət göstərmiş pərakəndə satış şəbəkəsi. Şirkət Böyük tənəzzül nəticəsində 2010–2011-ci illərdə fəaliyyətini dayandırmışdır.

Kopeyka 1998-ci ildə 38 mağaza ilə yaradılmışdır. Şirkət 2002-ci ildə uğursuzluğa düçar olan Yukos neft şirkəti tərəfindən satın alındıqdan sonra daha geniş tanınmışdır. Yukosun fəaliyyətinin sona çatmasından sonra şirkətdəki nəzarət paketi NIKOIL şirkətinə satılmışdır. 2006-cı ildə şirkətin 50%-lik payı başqa bir yerli pərakəndə satış şəbəkəsinə satılmışdı. Həmin dövrdə Kopeykanın 267 mağazası və 4 distribusiya mərkəzi var idi.

2010-cu ildə Kopeyka rəqibi olan və X5 Retail Group şirkətinin tərkibinə daxil olan Pyaterochka tərəfindən 1,65 milyard ABŞ dollarına satın alınmışdır. 2011-ci ilin sonuna qədər 616 Kopeyka mağazası yenidən brendləşdirilmiş, 44 mağaza isə bağlanmışdı.

Fəaliyyəti

2012-ci ilin birinci rübünün sonunda yenilənmiş Kopeyka minimarketlər şəbəkəsinə Moskva və Moskva vilayətində yerləşən 4 mağaza daxil idi.

2011-ci ilin yanvarına olan məlumata görə, şəbəkəyə Rusiya Federasiyasının 25 regionunda yerləşən 624 mağaza daxil idi. Mağazalar əsasən diskounter formatında fəaliyyət göstərirdi. Mağazaların bir qismi françayzinq əsasında işləyirdi. Kopeyka françayzinqinin əsas xüsusiyyəti rəqibi olan Pyaterochka şəbəkəsindən fərqli olaraq, yalnız bir mağazanın açılması üçün də françayzinq əldə etməyin mümkün olması idi.

Şirkətin baş direktorunun məlumatına görə, 2008-ci ilin ortalarında Kopeyka mağazalarında şəbəkənin orta marjası 21% təşkil edirdi.

Şirkətin 2009-cu ildə Beynəlxalq Maliyyə Hesabatı Standartları|BMHS üzrə gəliri 54,9 milyard rubl təşkil etmişdir. 2008-ci ildə bu göstərici 47,0 milyard rubl olmuşdur. 2009-cu ildə EBITDA 3,7 milyard rubl, xalis mənfəət isə 1,63 milyard rubl təşkil etmişdir.

İstinadlar

Xarici keçidlər Kopeykanın ingilisdilli saytı