Aleksandr Sergeyeviç Qross () — Azərbaycan futbol məşqçisi və sabiq futbolçusu, U-15 millisinin baş məşqçisi.

Həyatı Aleksandr Qross 1993-cü ildə Bakıda anadan olub. O, futbola 9 yaşında Bakıda, məşqçi Ələkbər Cəfərovun rəhbərliyi altında "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq və Gənclər Futbol Məktəbində başlayıb. 2008-ci ildən 2009-cu ilə qədər MOİK-in gənclər (17 yaşa qədər) komandasında oyunçu olub. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur.

Klub karyerası

Çempionat O, peşəkar futbolçu karyerasına 2010-cu ildə Bakının "İnter" klubunun əvəzedici komandasında oynayaraq başlayıb. 2011-ci ilin avqust ayında o, Premyer Liqa klubu "Sumqayıt"ın əsas heyətinə icarəyə keçdi və onunla altı aylıq müqavilə imzaladı.Aleksandr Qross "Sumqayıt Şəhər" klubuna icarəyə verildi.

2012-ci ildə o, "bankirlər"in düşərgəsinə qayıtdı və orada daha bir mövsüm keçirdi.Klublarımız bu yay kimləri aldı, kimləri satdı ? "İnter"lə müqavilənin müddəti 2014-cü ildə başa çatsa da, 2013-cü ilin iyun ayında futbolçunun özünün təşəbbüsü ilə qarşılıqlı razılıq əsasında bu müqavilənin ləğv edilməsi qərara alındı. 2013-cü ilin avqust ayında "Neftçi" ilə ikiillik müqavilə imzaladı.Aleksandr Qross "Neftçi" ilə 2 illik müqavilə imzaladı 2013-cü ildə 20 yaşında olarkən onurğasında yaranan ciddi problemlər səbəbindən iki il sonra, 22 yaşında "Neftçi" klubunun heyətində olarkən futbolçu karyerasını vaxtından əvvəl başa vurmalı olub.

Kubok O, Azərbaycan Kubokunda iki oyun keçirib, hər biri "İnter" və "Sumqayıt" komandalarında oynayıb. № Tarix Dəyirmi Klub Rəqib Liqa Nəticə 1 30 noyabr 2011 İkinci tur — 1/8 final Qarabağ Sumqayıt Premyer Liqa 3 :0Qarabağ vs. Sumqayıt 3–0 2 28 noyabr 2012 İkinci tur — 1/8 final MOİK İnter Premyer Liqa 0 :3MOIK vs. İnter Bakı 0–3

Beynəlxalq karyerası

U-17 2009-cu il dekabrın 2-dən 6-dək AFFA və Almaniyanın "Hoffenhaym" klubu arasında qarşılıqlı razılaşma əsasında 17 yaşadək Azərbaycan gənclər komandasının iki oyunçusu — Aleksandr Qross və Elşən Abdullayev Almaniya komandasının bazasında təlim-məşq toplanışında iştirak ediblər.Futbolçularımızın "Hoffenhaym"dakı toplanışı başa çatıb

17–21 iyun 2009-cu il tarixlərində o, Moldovanın paytaxtı Kişinyovda keçirilən 17 yaşa qədər gənclər komandaları arasında keçirilən "Moldova Futbol Federasiyası Kuboku" beynəlxalq turnirində iştirak etmişdir.FA of Moldova Cup

U-19 O, Azərbaycan U-19 milli komandasında ilk oyununu 16 oktyabr 2010-cu ildə Portuqaliyanın Laqos şəhərində Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan millisinə qarşı keçirib və oyun Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. O, gürcülərə qarşı ilk qolu matçın 54-cü dəqiqəsində vurdu.Azerbaijan U19 vs. Georgia U19 3–0

U-21 2012-ci il oktyabrın 5-dən 17-dək İspaniyanın Marbelya şəhərində Azərbaycan Olimpiya komandasının təlim-məşq toplanışında iştirak etmişdir.21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Məşqçi karyerası Karyerasını bitirdikdən sonra klub rəhbərliyinin dəstəyi ilə məşqçilik fəaliyyətinə başlayıb. O, ilk olaraq "Neftçi"nin U-19 komandasında köməkçi məşqçi kimi fəaliyyətə keçib. İllər ərzində "Neftçi"nin müxtəlif yaş qruplarında (U-16, U-17, U-19 və əvəzedici heyət), "Qarabağ"ın əvəzedicilərində, MOİK-də, eləcə də "Sabah" klubunun əsas komandasında məşqçi kimi təcrübə toplayıb. UEFA-nın PRO lisenziyasına sahib olan Aleksandr Qross PRO lisenziya proqramı çərçivəsində Almaniyanın "Bayer" (Leverkuzen) Akademiyasında və "Nürnberq" klubunun bazasında təlim və təcrübə müddəti keçib. O, eyni zamanda Aslan Kərimovun rəhbərlik etdiyi maarifləndirmə sistemində instruktor istiqamətində praktikası əldə edib.

24 avqust 2026-cı ildə AFFA İcraiyyə Komitəsinin onlayn iclasında qəbul edilən qərara əsasən, aşağı yaş qrupları üzrə milli komandalara baş məşqçi təyinatları olmuşdur. U-15 millisi Aleksandr Qrossa həvalə olunmuşdu.

İstinadlar

Xarici keçidlər

Профиль футболиста на footballdatabase.eu

Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Azərbaycan rusları