Sulutda məscid — Azərbaycannın İsmayıllı rayonunun Sulut kəndində tarixi məscid.
Təsviri Məscidin sahəsi 100 kvadrat metrdən çox idi.
Tarix Məscidin 1820-ci ildə inşa edilməsi barəsində məlumat var.
Məlumat var ki, bina 1920-ci ildən sonra dini və orta məktəb, daha sonra isə taxıl anbarı kimi istifadə olunmuşdu. Sonra məscid 40 ildən çox istifadəsiz qalmışdı.
2013-cü ilin 1 noyabra keçən gecə məsciddə yanğın baş vermişdi. Yanğın gecə saatlarında söndürülmüşdü, alovun ətrafdakı evlərə və tövlələrə keçməsinin qarşısı alınmışdı. Amma güclü külək və məsciddə qalan kiçik yanğın ocaqları səbəbindən həmin günün səhər saatlarında məsciddə yanğın yenidən başlamışdı və alovun qarşısının alınması üçün ərazidə iş aparıldı. Nəticədə məscid yanmışdı. Həmçinin, məlumat var ki, məscidin həyətindəki bir neçə ağac, eləcə də 400 ildən çox yaşı olan çinar da yanmışdı.
Qalereya
Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı
İstinadlar
Xarici keçidlər
Ədəbiyyat
Kateqoriya:İsmayıllı rayonunun məscidləri Kateqoriya:Keçmiş məscidlər