Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (NSDC; ) — Ukrayna Konstitusiyasına əsasən, Ukrayna Prezidenti yanında Ukraynanın milli təhlükəsizliyi və müdafiəsi məsələləri üzrə əlaqələndirici orqan.

Qurum 1996-cı ildə Ukrayna Prezidentinin Fərmanı ilə yaradılıb.

25 dekabr 2014-cü ildə Ali Rada Milli Təhlükəsizlik və Müdafiə Şurasının və onun katibinin səlahiyyətlərini genişləndirən qanun qəbul edib və müşahidəçilərin fikrincə, bu qanun Milli Təhlükəsizlik və Müdafiə Şurasını Ukraynada ikinci ən vacib hökumət orqanı edibТурчинов фактически становится украинским "президентом номер два" КоммерсантЪ, . Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sələfləri 11 oktyabr 1991-ci il tarixli Ali Radanın Qərarı ilə yaradılmış Ukrayna Müdafiə Şurası və 1992-ci ildə yaradılmış Ukrayna Prezidenti yanında Təhlükəsizlik Şurası olub.

2014-cü ildən qurum sanksiyaların tətbiqi də daxil olmaqla genişləndirilmiş səlahiyyətlər alıb. Vladimir Zelenskinin prezidentliyi dövründə, 2021-ci ildən başlayaraq, Milli Təhlükəsizlik və Müdafiə Şurası Ukrayna vətəndaşlarına qarşı fəal şəkildə sanksiyalar tətbiq edib, bu da insan haüquqları üzrə fəallar və vəkillər tərəfindən qanunun aliliyi prinsiplərinə zidd və siyasi motivli təcrübə kimi tənqid olunub.

Tarixi Ukrayna Milli Təhlükəsizlik Şurası 1992-ci ilin iyul ayında Ukrayna Prezidentinin Fərmanı ilə Ukrayna Prezidenti yanında dövlət icra hakimiyyəti orqanları sistemində məşvərətçi orqan kimi yaradılıb. Bu vəzifədə o, 1994-cü ilə qədər mövcud olub. Lakin həmin il Ukrayna Prezidentinin Fərmanı ilə təşkilati və əlaqələndirici fəaliyyət funksiyaları ona həvalə edilib. Koordinasiya səlahiyyətlərinin verilməsi, adekvat informasiya dəstəyini təmin etmək üçün tədbirlərin həyata keçirilməsi ilə birlikdə Şuraya və onun işçilərinə daha effektiv fəaliyyət göstərməyə və ictimai həyatın mürəkkəb və genişmiqyaslı məsələlərini həll etməyə imkan verib. Eyni zamanda, Şuranın effektiv fəaliyyətinə məhdudiyyətlər hiss olunub. Çünki Şuranın statusu Prezident fərmanları ilə müəyyən edilib. Halbuki, Şuranın fəaliyyəti Ukrayna Prezidentinin hərəkətlərinə, hökumətin, təhlükəsizlik qüvvələrinin fəaliyyətinə və s. təsir göstərməli olduğundan, onun statusu konstitusiya səviyyəsində tənzimləmə tələb edirdi. Milli Təhlükəsizlik Şurasının statusunu qaldırmaq və Ukraynanın dövlət orqanları sistemində yerini möhkəmlətmək üçün ilk cəhd 1995-ci ildə Ali Rada ilə Ukrayna Prezidenti arasında Ukraynanın milli təhlükəsizliyinin qarantı və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri funksiyalarını Prezidentə həvalə edən Konstitusiya Müqaviləsinin imzalanması oldu.

Ukraynanın 1996-cı il Konstitusiyası bu məsələni daha dərindən həll edir. Birincisi, Şura icra hakimiyyəti orqanlarından müstəqil dövlət orqanı kimi, öz funksiyalarını miras alan Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasını təşkil edib. İkincisi, Konstitusiya bu orqanın əsas vəzifələrini müəyyən edir: milli təhlükəsizlik və müdafiə sahəsində icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və nəzarəti. Üçüncüsü, Milli Təhlükəsizlik və Müdafiə Şurasının formalaşdırılmasının fundamental prinsipləri birbaşa Konstitusiyanın mətnində müəyyən edilir və nəhayət, Konstitusiyada Şuranın funksiyalarını və səlahiyyətlərini müəyyən edəcək xüsusi qanunun hazırlanması ilə bağlı birbaşa göstəriş yazılıb. Beləliklə, hazırda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası konstitusiya statusuna malik ixtisaslaşmış dövlət orqanıdır və Prezident hakimiyyətinin ayrılmaz hissəsidir və Prezidentin ən vacib konstitusiya funksiyalarından birini — dövlət müstəqilliyini və milli təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulub.

Ukrayna vətəndaşlarına qarşı sanksiyalar Şuranın sanksiya siyasəti, məhkəmə qərarı olmadan Ukrayna vətəndaşlarına qarşı şəxsi məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsinə görə geniş tənqid olunub ki, bu da Konstitusiyanı və qanunun aliliyinin əsas prinsiplərini pozur . Sanksiyalar "Sanksiyalar haqqında" QanunaЗакон Украины "О санкциях" , принят 14 августа 2014 года. Верховная Рада Украины. əsasən Şuranın öz qərarı ilə, məhkəmə proseduruna girmədən, tətbiq edili ki, bu da Avropa Birliyinin və digər demokratik dövlətlərin hüquqi standartlarına ziddir. Bu model Birləşmiş Krallıq sanksiyalarından götürülüb.

Vətəndaş Azadlıqları Mərkəzi, Ukrayna Helsinki Birliyi və Xarkov İnsan Hüquqları Qrupu da daxil olmaqla, insan hüquqları təşkilatları bu təcrübənin Konstitusiyaya zidd olduğunu iddia edirlər. Onlar Şuranın kvazi-məhkəmə funksiyalarını yerinə yetirmək səlahiyyətinə malik olmayan siyasi bir qurum olduğunu vurğulayırlar.

2025-ci ilin fevral ayında bir neçə Ukrayna insan haqları təşkilatı birgə bəyanat yaydılar ki, müxalifətə təzyiq göstərmək məqsədilə Şura sanksiyalarıdan istifadə edib.

Tənqidçilərə görə, sanksiya mexanizmi Prezident Volodymyr Zelenski tərəfindən siyasi rəqibləri aradan qaldırmaq və media və biznes üzərində təsirini artırmaq üçün getdikcə daha çox siyasi alət kimi istifadə olunur. Belə ki, sanksiyalar müxalifət siyasətçilərini, jurnalistləri və iş adamlarını, o cümlədən Ukraynanın beşinci prezidenti Petro Poroşenko, sahibkarlar İqor Kolomoiski və Gennadi Boqolyubov, jurnalist Svetlana Kryukova, Prezident Aparatının keçmiş müşaviri Aleksey Arestoviç və iş adamı Konstantin Jevaqonu hədəf alıb.

Oxşar tənqidlər sanksiyaların sistematik şəkildə siyasi təqib vasitəsi kimi istifadə edildiyini bildirən "Amnesty International" QHT də daxil olmaqla, beynəlxalq insan haqları təşkilatları tərəfindən səsləndirilib .

Təşkilatı strukturu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Ukrayna Prezidentidir. O, həmçinin Şuranın heyətini formalaşdırır.

Şuranın tərkibinə Ukrayna Baş naziri, Müdafiə naziri, Təhlükəsizlik Xidmətinin sədri, Daxili işlər naziri və Xarici işlər naziri daxildir. Ukrayna Ali Radasının sədri Şura üzvü olmasa da, iclaslarında iştirak edə bilər.

Digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri Şura üzvü ola bilərlər.

Şura sədrinin dəvəti ilə onun iclaslarında Ukrayna Ali Radasının komitə sədrləri, deputatlar, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və digər şəxslər iştirak edə bilərlər.

Katibliyi Şuranın katibi Ukrayna Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir və birbaşa ona hesabat verir.

Həmin katib Şuranın işinin təşkilini və qərarlarının icrasını təmin edir.

Şura katibi Ukrayna Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinlərə malikdir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi və onun müavinləri vəzifələrinə həm mülki şəxslər, həm də hərbçilər təyin edilə bilər.

Şura katibi aşağıdakı səlahiyyətlərə malikdir:

Şuranın fəaliyyətinin uzunmüddətli və cari planlaşdırılması ilə bağlı təkliflər hazırlayır; Şura qərarlarının icrası ilə bağlı Ukrayna Prezidentinin aktlarının layihələrini, o cümlədən milli təhlükəsizlik və müdafiə sahəsində daxili və xarici siyasət prinsiplərinin həyata keçirilməsi ilə bağlı təklif və tövsiyələri nəzərdən keçirmək üçün Ukrayna Prezidentinə təqdim edir; Şura iclaslarının hazırlanması və keçirilməsi və onun qərarlarının icrasına nəzarət ilə bağlı işləri təşkil edir; Şuranın qərarlarının icrasının gedişi barədə Ukrayna Prezidentini və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvlərini məlumatlandırır; Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının işçi və məsləhət orqanlarının fəaliyyətini əlaqələndirir; Şura sədrinin adından Ukrayna Ali Radasında, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, siyasi partiyalar və ictimai təşkilatlar və media ilə, eləcə də beynəlxalq təşkilatlarla münasibətlərdə Şuranın mövqeyini təmsil edir.

İcra aparatı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının fəaliyyətinə cari informasiya, analitik və təşkilati dəstək onun katibinə hesabat verən aparatı tərəfindən təmin edilir.

Sektorlararası məsələlərin emalı və hərtərəfli həlli, eləcə də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının fəaliyyətinə elmi, analitik və proqnoz dəstəyi vermək üçün müvəqqəti idarələrarası komissiyalar, işçi və məsləhət orqanları yaradıla bilər.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının funksiyaları, strukturu və ştat sayı, eləcə də katib müavinlərinin funksiyaları Ukrayna Prezidenti tərəfindən müəyyən edilir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının köməkçi orqanlarının funksiyaları və səlahiyyətləri də Ukrayna Prezidenti tərəfindən müəyyən edilir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Aparatının işçilərinin maksimum sayı 237 tam ştatlı vəzifə olaraq təsdiqlənib .

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının fəaliyyətinin hüquqi əsası Milli Təhlükəsizlik və Müdafiə Şurasının fəaliyyəti Ukrayna Konstitusiyasına və qanunlarına, Ukrayna Ali Radası tərəfindən təsdiq edilmiş Ukraynanın beynəlxalq müqavilələrinə və Ukrayna Prezidentinin aktlarına əsaslanır.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının əsas təşkilati fəaliyyət forması onun iclaslarıdır. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclaslarında üzvləri şəxsən səs verirlər. Onlar Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında iştirak etmək məsuliyyətini başqa şəxslərə həvalə edə bilməzlər. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarları üzvlərinin ən azı üçdə ikisinin səs çoxluğu ilə qəbul edilir. Bu qərarlar Ukrayna Prezidentinin fərmanı ilə qüvvəyə minir. Ukrayna Ali Radasının sədrinin səs vermək hüququ yoxdur, lakin qəbul edilmiş qərarlarla bağlı öz fikrini bildirə bilər və bu, protokolda qeyd olunur.

Funksiya və səlahiyyətləri

Funksiyaları "Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası haqqında" Ukrayna Qanununa əsasən, bu orqanın funksiyaları aşağıdakılardır:

Ukrayna Prezidentinə milli təhlükəsizlik və müdafiə sahəsində daxili və xarici siyasət prinsiplərinin həyata keçirilməsi ilə bağlı təkliflər təqdim etmək. Sülh dövründə milli təhlükəsizlik və müdafiə sahəsində icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və nəzarəti. Hərbi vəziyyət və ya fövqəladə vəziyyət şəraitində və Ukraynanın milli təhlükəsizliyini təhdid edən böhran vəziyyətləri zamanı milli təhlükəsizlik və müdafiə sahəsində icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və nəzarəti.

Kompetensiyası Yuxarıda qeyd olunan Qanunla müəyyən edilmiş funksiyalara uyğun olaraq, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası:

Ukrayna Konstitusiyasına və qanunlarına, Ukraynanın milli təhlükəsizlik konsepsiyasına (dövlət siyasətinin əsaslarına) və Hərbi doktrinasına əsasən milli təhlükəsizlik və müdafiə sahəsinə aid məsələləri işləyib hazırlayır və iclaslarında baxır, apardığı araşdırmalara uyğun olaraq Ukrayna Prezidentinə təkliflər verir; icra hakimiyyəti orqanlarının milli təhlükəsizlik və müdafiə sahəsindəki fəaliyyətinə cari nəzarəti həyata keçirir, Ukrayna Prezidentinə bu barədə rəy və təkliflər verir; icra hakimiyyəti orqanlarının, dövlət müəssisələrinin, istənilən mülkiyyət formalı elmi idarələrin, digər qurumların əməkdaşlarını məlumatların təhlilinə cəlb edir; milli təhlükəsizlik və müdafiə məsələləri üzrə normativ aktların və sənədlərin hazırlanmasını təşəbbüs edir, onların tətbiqi təcrübəsini və icrasına dair yoxlamaların nəticələrini ümumiləşdirir; mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, habelə ölkə iqtisadiyyatının hərbi və ya fövqəladə vəziyyət şəraitində işə keçirilməsini əlaqələndirir və buna nəzarət edir; hərbi və ya fövqəladə vəziyyətin tətbiqi zamanı yerli özünüidarəetmə orqanlarının fəaliyyətini verilmiş səlahiyyətlər çərçivəsində əlaqələndirir və buna nəzarət edir; silahlı təcavüzün dəf edilməsi, əhalinin müdafiəsinin təşkili və onun həyat fəaliyyətinin təmin edilməsi, vətəndaşların həyatının, sağlamlığının, konstitusiya hüquqlarının, azadlıqlarının və qanuni maraqlarının qorunması, hərbi və fövqəladə vəziyyət şəraitində, habelə Ukraynanın milli təhlükəsizliyinə təhdid yaradan böhran vəziyyətləri yarandıqda ictimai qaydanın saxlanılması üzrə icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir və buna nəzarət edir.