Dövlət müşaviri ( (dövlət) — 1917-ci ilə qədər Rütbələr Cədvəlində 5-ci dərəcəli mülki rütbə.

Tarixi I Pyotrun 24 yanvar (4 fevral) 1722-ci il tarixli Fərmanı ilə təsis edilmiş Rütbələr Cədvəlində dövlət müşaviri rütbəsi mülki rütbələrin 5-ci dərəcəsinə daxil edilmiş və departamentin vitse-direktoru, vitse-qubernator, xəzinədarlıq palatasının sədri vəzifələri üzrə verilib; donanmanın briqadiri və kapitan-komandiri hərbi rütbələrinə bərabər tutulub.

1796-cı ildə briqadir hərbi rütbəsi ləğv edildikdən sonra, dövlət müşaviri polkovnik və general-mayor rütbələri arasında aralıq mövqe tuturdu. Bu vəziyyəti əks etdirən nişan isə dövlət müşavirinin fərqlənmə nişanları olub - xüsusi hörüklü çiyin qayışlarında bir ulduz taxılıb. Orduda belə çiyin qayışları olmayıb, çünki dövlət müşavirinə bərabər rütbə olmayıb. ,General-mayorlar çiyin qayışlarında isə iki ulduz taxılıb.

Dövlət müşavirinə müraciət forması “Zati-aliləri” idi. XX əsrin əvvəllərinə qədər bu, Rusiya İmperiyasında bu müraciət forması unikal olub, çünki, yalnız dövlət müşavirinə aid edilib.

XIX əsrin ortalarında dövlət müşaviri rütbəsi dövlət siyasətinin gedişatını müəyyən edən ən yüksək nomenklatura nümayəndələrini birləşdirən 1-ci qrup vəzifəli şəxslərə (1- 5-ci dərəcələr) aid olub. Bu rütbənin sahibləri xüsusi imtiyazlara və yüksək maaşlara malik olublar.

Dövlət müşaviri rütbəsi "Siniflərin və mülki rütbələrin ləğvi haqqında" Fərmanın qüvvəyə mindiyi tarixdən - 12 (25) noyabr 1917-ci il tarixindən ləğv olunub. (ISBN т. 1 отсутствует. Привязано к: Декреты советской власти: [многотомник]. М., 1957—1997.)

Hüquqlar və xidmət müddəti I Pyotrun "Rütbələr Cədvəlinin təsis edilməsi haqqında" Fərmanına əsasən, dövlət və ya məhkəmə vəzifələrində ilk səkkiz rütbəyə çatanların hamısı, "aşağı təbəqədən olsalar belə", irsi olaraq yaxşı böyük zadəganlar sırasına daxil edilirdilər. Bundan əlavə, irsi zadəganlıq yalnız ata bu rütbəyə çatdıqdan sonra doğulan uşaqlara şamil edilirdi. Amma rütbəyə çatdıqdan sonra şəsin övladı doğulmasa, o, əvvəl doğulmuş övladlarından birinə zadəganlıq verilməsini xahiş edə bilərdi.

11 (23) iyun 1845-ci il tarixli Manifestə görə dövlət müşaviri rütbəsi, şəxsin təqaüdə çıxçası ilə əlaqədar verilməyibsə, irsi zadəganlıq hüquq verirdi.

II Aleksandr 9 (21) dekabr 1856-cı il tarixli Fərmanı ilə dövlət müşavirlərini bu hüquqdan məhrum edərək, müəyyən edib ki, mülki idarçilik üzrə irsi zadəganlıq hüququ yalnız 4-cü dərəcəli (həqiqi dövlət müşaviri) rütbə alanlara verilir. Bu Fərmanın dərc olunduqdan sonra dövlət müşaviri rütbısi alanlar yalnlz şəxsən özləri zadəganlıq hüququ əldə edirdilər (irsi keçmirdi).

Dövlət müşaviri rütbəsinə yüksəlmək üçün əvvəlki rütbədə xidmət müddəti 4 il müəyyən edilirdi.

İstinadlar

Kateqoriya:Rusiya imperiyası titulları