Marqarit Holland (; ) — İngilis əsilzadəsi, Somerset qrafinyası və Klarens hersoginyası.

Həyatı Təxminən 1385-ci ildə dünyaya gəldi. Atası İngiltərə kralı I Eduardın oğlu Edmond Vudstokun nəvəsi Kent erli Tomas Holland, anası isə Alis Fitzalandır. 27 sentyabr 1397-ci ildə İngiltərə kralı III Eduardın nəvəsi və Gentli Conun nigahdan kənar oğlu Con Byufortla evləndi. Cütlüyün bu nigahdan 6 övladı doğuldu.

Henri Byufort (1401-1418) Con Byufort (1404-1444) Coan Byufort (1404-1445) Tomas Byufort (1405-1431) Edmond Byufort (1406-1455) Marqarit Byufort (1409-1449)

Ərinin 1410-cu ildə vəfatıyla dul qaldı. Ancaq ərindən qalan miras haqqını qorumaq məqsədilə, 1411-ci ildə ərinin ögey qardaşı IV Henrinin oğlu Lankasterli Tomasla evləndirildi. Cütlüyün bu nigahdan övladı olmadı. 1419-cu ildə övladlarını İngiltərədə qoyaraq əriylə birlikdə Normandiyaya yollandı. Ərinin 1421-ci ildə döyüş meydanında həlak olmasının ardından geri qayıtdı və monastıra çəkildi. 30 dekabr 1439-cu ildə vəfat etdi. Cənazəsi Kenterberi kafedralındakı Müqəddəs Mixail kilsəsinə dəfn olundu.

Mənbə

Ədəbiyyat

İstinadlar