Monoopera — bir solist üçün nəzərdə tutulmuş opera janrıdır.
XVIII əsr musiqisində bu janrın nadir nümunələrindən biri Domeniko Çimarozanın kiçikhəcmli "Kapelmeyster" monooperasıdır. XVIII əsrdə Avropada bir aktyorun (və ya iki aktyorun) iştirakı və musiqi müşayiəti ilə təqdim edilən musiqili-teatr əsərləri də geniş yayılmışdı. Belə əsərlər "melodram" adlandırılırdı. Jan-Jak Russonun "Piqmalion" əsəri buna nümunədir və baş qəhrəmanın lirik monoloqundan ibarətdir.
Monoopera janrı XX əsrdə inkişaf etmişdir. Janrın nümunələri arasında aşağıdakı əsərlər yer alır:
Q. Qarayev - Zəriflik A. İ. Bilaş — Müharibə balladası, Ağ lalənin etirafı Y. M. Butsko — Dəlinin qeydləri V. P. Vlasov — Ağ qızılgüllər V. S. Qubarenko — Zəriflik F. Qarayev — Sevgi səyahəti F. Pulenk — İnsan səsi A. E. Spadavekkia — Naməlum qadının məktubu M. L. Tariverdiyev — Gözlənti Q. S. Frid — Anna Frankın gündəliyi, Van Qoqun məktubları M. Q. Çekalin — Po nədir... — dramatik aktrisa üçün monoopera A. Şönberq — Gözlənti
Monooperaya duoopera janrı yaxındır. Nikolay Rimski-Korsakovun "Motsart və Salyeri" və Cankarlo Menyottinin "Telefon" operaları bu janrın nümunələridir.
Həmçinin bax Monodram Kateqoriya:Musiqi janrları Kateqoriya:Opera janrları