İsmayıl Salarıyan - , Günəş ilində, 1334-cü ildə anadan olub. Xorasan türk ədəbiyyatı və folklor tədiqatçısı.Ulu Bağlantilinin daimi dəmir kitabı Həyatı Xorasan türklərindən olan İsmayıl Salarıyan Şimali Xorasanın Bojnurd şəhərinin Qreyvan kəndində anadan olub və bu bölgədə boya-başa çatıbdır.
İsmayıl Salarıyan, gəncliyindən, xüsusən 60-cı illərdən ictimai fəaliyyəti və idarəçilik fəaliyyəti ilə yanaşı, Xorasan türklərinin dilini, ədəbiyyatını, mədəniyyətini öyrənir və araşdırır. Ata-anası və bəzi ustadlar və dostlarının təşviki ilə türk dili və ədəbiyyatına olan marağında böyük təsir göstərmişdir.Sonay kitab evi.
Xorasan türklərinin şair və yazıçılarının məhrum olduğu bir şey. Bunun səbəbi belə mənbələrin olmaması deyil, daha çox türkçə kitabların onların gözlərindən uzaq tutulmasıdır. Türk şair və yazıçılarının anonim saxlanması ümumiyyətlə türklərin, xüsusən də Xorasan türklərinin en böyük şairlərini tanımalarına əsas vurur.
Həmçinin, Azərbaycanda, Türkiyədə, hətta İranda Xorasan türklərinin dili və ədəbiyyatı ilə bağlı yazılmış əsərlərdə çox ümumi və əsaslı mövzuların zərurətindən irəli gələn bəzi məsələlərdən başqa, Xorasan türklərinin bəzi şairlərinin şeirlərinə bir neçə dəfə istinad edirdilər ki, bu da əksər oxucuların Xorasan türkləri ilə bağlı məlumatı o qədər də asan üzə çıxarması mümkün olmazdı. Bu səbəblər onu Xorasan türklərinin dili, mədəniyyəti və ədəbiyyatı ilə bağlı araşdırmalara və məlumatlar toplamağa sövq etdi.Xorasan türklərinin mədəniyyətinə bir baxış, Dərc-i Səxən nəşriyyatı, Bojnurd 1397, səh. 8-9, Ön söz: Əli Rza Sərrafi.
Əsərləri Təmsil və məsəl: Xorasan türkcəsinin kinayələri və məsəlləri/Atalalar sözləri Xorasan türkcəsindəTəmsil və məsəl: Xorasan türkcəsinin kinayələri və məsəlləri/Atalalar sözləri Xorasan türkcəsində. (1395/Bəxşayış nəşriyyatı, Qum). Nağıllar boğçası (Birinci çap/Bəxşayış nəşriyyatı, Qum 1396) Məsnəvi Yusif və Züleyxa (Təkdirəxt nəşriyyatı, Tehran 1397). Xorasan türklərinin mədəniyyətinə bir baxış (Dərc-i Səxən nəşriyyatı, Bojnurd 1398). Xorasan türklərinin ədəbiyyatına bir baxış (Birinci çap: Təkdirəxt nəşriyyatı, Tehran 1397 / İkinci çap: Təcəddüd nəşriyyatı, Təbriz, 1402). Xorasan türkcəsi və onun qaydaları (Birinci çap: Əxtər nəşriyyatı, Təbriz, 1398/İkinci çap: Əxtər nəşriyyatı, Təbriz, 1402). Koroğlu/Türki-Farsça (Damine nəşriyyatı, Məşhəd, 1401). Xəyyam rübailəri. Türki-Farsça (Qələm-i Sədiq nəşriyyatı, Tehran, 1401). Məsəllərin hekayələri (Təcəddüd nəşriyyatı, Təbriz, 1401). Molla Nəsrəddin hekayələri (Damine nəşriyyatı, Məşhəd, 1401). Türkcə kinayələr (Təcəddüd nəşriyyatı, Təbriz, 1402) Əsli-Kərəm / Xorasan və Azərbaycan rəvayəti (Təcəddüd nəşriyyatı, Təbriz, 1402) Məsnəvi nağılları: Məsnəvi-yi Mənevinin hekayələrinin müasir türk nəsrində tərcüməsi (Təcəddüd nəşriyyatı, Təbriz, 1403). Şövq-i Gülüstan: Sədi Qülüstanının müasir türk nəsrində tərcüməsi (Təcəddüd nəşriyyatı, Təbriz, 1404). Xorasan baxşıları və onların ədəbiyyat növləri (Təcəddüd nəşriyyatı, Təbriz, 1404). Koroğlu Xorasan türkcəsi
İstinadlar
Kateqoriya:Şəxslər