Irizar Group – (və ya sadəcə "Irizar") Lüks avtobus və uzaq məsafəli avtobusların İspaniya mənşəli istehsalçısıdır. 1889-cu ildə əsası qoyulan şirkət İspaniyanın Basklar ölkəsi regionunda, Ormaystegi şəhərində yerləşir. 90-dan çox ölkədə kommersiya fəaliyyəti göstərən şirkətin dövriyyəsi 2017-ci ildə 600 milyon avronu keçmişdir.

Şirkət İspaniyada uzaq məsafəli avtobus kuzovlarının istehsalı üzrə bazar lideridir (40%-dən çox bazar payı ilə) və Avropada ikinci yeri tutursay, onun kuzovları dünyanın bir çox yerində mövcuddur. Basklar Ölkəsindəki ildə təxminən 1400 kuzov istehsal edən əsas zavodu ilə yanaşı, "Irizar"ın digər ölkələrdə də fabrikləri var: Sxirot (Mərakeş), Botukatu (Braziliya), Keretaro (Meksika) və Senturion (Cənubi Afrika). Onlar birlikdə ildə 3500-dən çox kuzov və tam nəqliyyat vasitəsi istehsal edirlər. "Irizar" qrupuna həmçinin avtobuslar üçün kondisioner sistemləri istehsal edən "Hispacold" və avtobuslar üçün avtomatlaşdırılmış qapı və rampalar hazırlayan "Masats" şirkətləri də məxsusdur.IRIZAR >> Irizar PB

"Irizar" özünün bütöv nəqliyyat vasitələri sırası ilə yanaşı, "i4" kuzovunu birgə layihələndirdiyi "Scania" şirkəti ilə xüsusilə sıx əməkdaşlıq edir. "Irizar" kuzovlarına həmçinin "Iveco", "MAN", "Volvo" və "Mercedes-Benz" kimi digər istehsalçıların platformalarında da rast gəlmək olar.

İstinadlar

Kateqoriya:1998-ci ildə yaranan şirkətlər Kateqoriya:Avtobus istehsalçıları Kateqoriya:Avtomobil markaları Kateqoriya:İspaniya brendləri