Şağlakücə qəbiristanlığı — Azərbaycan Respublikasının Lənkəran rayonunun Şağlakücə kəndi ərazisində yerləşən yerli əhəmiyyətli abidə. Qəbiristanlığın tarixinin XIV əsrə aid olduğu bildirilir.

Tarixi məlumatlara görə, Şağlakücə ərazisində ilk qəbiristanlıq hazırda Şağlakücə kənd orta məktəbinin yerləşdiyi ərazidə olmuşdur. Sonralar qəbiristanlıq ərazisi dağılmış və burada məktəb binası inşa edilmişdir. Buna baxmayaraq, XX əsrin sonlarına qədər həmin ərazidə qədim qəbirlərə və insan sümüklərinə rast gəlindiyi qeyd olunur.

1906-cı ildə kənddə yeni qəbiristanlıq üçün ərazi ayrılmış və dəfnlər burada aparılmağa başlanmışdır. Hazırkı Şağlakücə qəbiristanlığı kənd ərazisində, Şağlakücə məscidinin qarşısında yerləşir.

İstinadlar

Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:Lənkəran abidələri Kateqoriya:Azərbaycan qəbiristanlıqları