Paul Emil fon Lettov-Forbek (), xalq arasında "Afrika aslanı" kimi tanınır (; ) — Almaniya İmperator Ordusunun generalı və bu ordunun Almaniya Şərqi Afrikası kampaniyasındakı qüvvələrinin komandanı. O, Birinci Dünya müharibəsi illərində Antanta qüvvələrinə qarşı apardığı uğurlu hərbi əməliyyatları və gerilla müharibəsi taktikası ilə dünya hərb tarixinə düşmüşdür.

Lettov-Forbek dörd il ərzində təxminən 14 000 nəfərlik (əsasən yerli əsgərilərin və alman zabitlərindən ibarət) qüvvə ilə 300 000 nəfərdən çox müttəfiq (britaniyalı, hindistanlı, belçikalı və portuqaliyalı) qoşunların irəliləməsinin qarşısını almışdır. O, döyüşlərdə heç vaxt əsir düşməyən və müharibənin sonuna qədər tabeliyindəki qüvvələrin döyüş qabiliyyətini qoruyub saxlaya bilən yeganə Almaniya komandiri olmuşdur. Tarixçi Edvin Palmer Hoint onun Şərqi Afrikadakı fəaliyyətini tarixdəki ən böyük və ən uğurlu təkbaşına gerilla əməliyyatı kimi qiymətləndirmişdir.

Hərbi karyerası boyunca Çində Boksçular üsyanının və Almaniya Cənub-Qərbi Afrikasında baş verən üsyanların yatırılmasında iştirak edən general Birinci Dünya müharibəsində Britaniya imperiyasının ərazisinə uğurla hücum edən yeganə Almaniya komandiri adını qazanmışdır. Müharibədən sonra Veymar Respublikası dövründə siyasi proseslərdə və sağçı hərəkatlarda iştirak etmiş, Reyxstaq deputatı kimi fəaliyyət göstərmişdir. Ömrünün son illərində keçmiş hərbi yoldaşları və afrikalı əsgərilər ilə əlaqələrini saxlamışdır.

Erkən həyatı Paul Emil fon Lettov-Forbek Paul fon Lettov-Forbek (1832–1919) və Mari fon Eyzenhart-Rotenin (1842–1919) oğlu olmuşdur. Atası Prussiyanın Reyn vilayətinin Zarlui şəhərində ordu zabiti kimi xidmət etdiyi vaxtlarda Pomeraniyanın kiçik zadəgan ailəsində anadan olmuşdur. Mari mülkədar-landşaft direktoru Ferdinand fon Eyzenhart-Roten və Emili fon Lyoperin qızı idi. General-mayorlar Morits Eduard fon Lettov-Forbek (1835–1920) və Maks Fridrix fon Lettov-Forbek (1837–1912) onun əmiləri olmuşdular.

Berlin internatlarında təhsil almış, Potsdam və Berlin-Lixterfeldedəki kadet korpusuna daxil olmuşdur. 1888-ci ildə oradan məzuniyyət attestatı almışdır. Bundan əvvəl o, qısa müddət Berlində Fransız Gimnaziyasında təhsil almışdı. 7 fevral 1888-ci ildə portepe-fenrix kimi 4-cü Qvardiya Piyada Alayına daxil olmuş, 1889-cu ildə ikincidərəcəli leytnant rütbəsi almış, 1890-cı ildə Almaniya İmperator Ordusuna leytenant rütbəsi ilə qəbul olunmuşdur. 1895-ci ildə isə baş leytnant rütbəsi almışdır.

Robert Qaudinin sözlərinə görə, Lettov "Mənim həyatım" əsərində "Kayzerin İmperiya Ordusunda kiçik zabit kimi keçirdiyi onillik haqqında nostalgiya ilə yazmışdır. O, şaxtalı soyuqda sübh tezdən keçirilən yoxlamalar, alay manevrləri, dövrün görkəmli şəxsiyyətlərinə, yəni Kayzerə, vəliəhd şahzadə Fridrixə, Almaniyanın ən böyük hərbi strateqi olan "Qızıl adam" sahə marşalı qraf fon Moltkeyə və başqalarına qısa nəzər yetirmələr var idi. Zabit yoldaşları ilə içki məclisləri, gecə saatlarınadək davam edən kart oyunları və Berlində dəbdəbəli rəqs gecələri keçirilirdi, çiyinləri açıq libaslarında əsən gənc qadınlar, parlaq, dik mundirlərdə yeni zabitlər və son yoxlama zəngindən əvvəl Şpandau kazarmalarına qayıdan son qatara çatmaq üçün təlaşlı qaçışlar baş verirdi".

Lettov-Forbek daha sonra yazmışdır ki, "yaşlı bir zabitin gənc zabiti tərəf müqabili olmayan gənc bir qadını rəqsə dəvət etmədiyi üçün məzəmmət etdiyini xatırlayıram. Cəngavərlik qaydalarına qarşı xətalar bağışlanmırdı".

Leytnant fon Lettov-Forbek Böyük Almaniya Baş Qərargahına təyin edilmişdir.

Hərbi karyerası link=https://en.wikipedia.org/wiki/File:Bundesarchiv_Bild_183-2007-0621-500,_Paul_Emil_von_Lettow-Vorbeck.jpg|left|thumb|Kapitan Lettov-ForbekAlmaniya Cənub-Qərbi Afrikasında. 1904-cü il.|330x330px 1900-cü ildə Lettov-Forbek Boksçular üsyanını yatırmaq üçün beynəlxalq müttəfiq qüvvələrin tərkibində Çinə göndərilmişdir. 1900–1901-ci illərdə 1-ci Şərqi Asiya Piyada Briqadasının adyutantı kimi Bokserlər üsyanının yatırılması üçün beynəlxalq müttəfiq qüvvələrin tərkibində Çinə göndərilmişdir. Buradakı xidmətlərinə görə kapitan rütbəsinə layiq görülmüşdür. O, Çin mədəniyyətinin qədim tarixinə və mürəkkəb etiket qaydalarına heyran qalsa da, partizanlara qarşı döyüşməyi heç sevməmiş və bu müharibənin Almaniya İmperator Ordusunun intizamına zərər vurduğunu hesab etmişdir.. 1901-ci ildə Çindən Almaniya Baş Qərargahına qayıtmışdır..

1904-cü ildən başlayaraq artıq kapitan rütbəsində olan Lettov-Forbek herero üsyanı və ardınca törədilən soyqırımı zamanı Almaniya Cənub-Qərbi Afrikasına (hazırkı Namibiya) təyin olunmuşdur. O, Mühafizə Qoşunlarının komandiri Lotar fon Trotanın qərargahında birinci adyutant və bölük komandiri kimi herero və nama xalqlarının soyqırımında iştirak etmişdir. Bu zaman o, digər əməliyyatlarla yanaşı, Vaterberq döyüşünün taktiki planlaşdırılmasında da yer almışdır. O, sonralar bu döyüşü "gerilla müharibələrində nadir rast gəlinən bir imkan, yəni düşməni tək bir əməliyyatla məğlub etmək şansı" kimi dəyərləndirmişdir. Trotanın düşməni mühasirəyə almaq və məhv etməyə əsaslanan ümumi strategiyasını doğru hesab etsə də, Trotanın konkret əməliyyat planına tənqidi yanaşmışdır. Bununla belə, onun öz layihəsi icra olunmamışdır.; O, Trotanın soyqırım xarakterli müharibə üsulunu qətiyyətlə müdafiə edirdi.; Sandra Maß,

Nama xalqı da Hendrik Vitbooyun rəhbərliyi altında Almaniya hakimiyyətinə qarşı üsyan qaldırdıqda, Lettov-Forbek mübarizəni davam etdirmək üçün Almaniya Cənub-Qərbi Afrikasında (indiki Namibiya) qalmışdır. O, Yakob Morenqanın təqib olunmasında mühüm rol oynamışdır. 1906-cı ildə Morenqa və onun adamları ilə atışma zamanı Lettov-Forbek sol gözündən (gözü kor olmuşdu) və sinəsindən xəsarət almışdır. Müalicə olunmaq və bərpa prosesi keçmək üçün o, Cənubi Afrikaya təxliyə edilmişdir.

Leonard Mozli sonralar yazmışdır ki, "Lettov-Forbek Şərqi Afrikada britaniyalılara qarşı müharibədə ona böyük fayda verəcək çöl şəraitində yaşamaq və döyüşmək bacarığını məhz bu parlaq və fantastik hottentotlardan öyrənmişdi. Samuel İsaak əsir götürülüb dindirilməyə gətiriləndə dindirməni məhz fon Lettov aparmışdı … Onun sualları gözəçarpan heç bir qida resursu olmayan bir ərazidə necə dolanmaq, insanların çoxunun çətinliklə yeridiyi şəraitdə necə qaçmaq, bədəni susuz və qidasız qalmağa necə öyrətmək və en əsası, ilanlar, quru xərçəngləri və kərtənkələlər kimi həyatda qala bilmək üçün bu əlverişsiz vəhşi təbiətin necə bir hissəsinə çevrilmək və onunla bütünləşmək barədə idi".

1906-cı ilin payızında yenidən Almaniyaya qayıdaraq Böyük Baş Qərargaha təyin olunmuşdur. 1907-ci ildə ştatdankənar mayor rütbəsinə yüksəldilərək Hessenin Kassel şəhərindəki XI Ordu Korpusunun Baş Komandanlığının adyutantı təyin edilmişdir. 1909-cu ilin martından 1913-cü ilin yanvarınadək o, Aşağı Saksoniyanın Vilhelmshafen şəhərində yerləşən II Dəniz Batalyonunun dəniz piyadalarının komandiri olmuşdur. Üç dəniz batalyonu şəxsi heyətinin iki əvəzinə könüllü olaraq üç il xidmət etdiyi və bir pulemyot bölüyü ilə alay kimi təchiz olunmuş elitar birləşmələr idi. Lettov-Forbek kayzer II Vilhelmin hər il təşkil olunan Şimal dənizi səyahətlərindən birində iştirak etmişdir.

1 oktyabr 1913-cü ildə polkovnik-leytenant rütbəsi alan Lettov-Forbek Almaniya İmperiya Ordusu tərəfindən 18 oktyabrda Almaniya Kamerununda (indiki Kamerun və Nigeriyanın bir hissəsi) kayzer Mühafizə qoşunlarının komandiri kimi Almaniya müstəmləkə qüvvələrinə komandanlıq etməyə təyin edilmişdir. Oradakı komandanlığını təhvil almazdan əvvəl o, Almaniya Şərqi Afrikası (Tanqanyika, indiki Tanzaniyanın materik ərazisi) Mühafizə qoşunlarının komandirini əvəz etmək üçün göndərilmiş və 13 aprel 1914-cü ildən etibarən rəsmi olaraq həmin qoşunların komandiri vəzifəsinə başçılıq etmişdir.

Yeni təyinat yerinə səyahət edərkən Lettov-Forbek eyni gəmidə olan danimarkalı yazıçı Karen Bliksenlə ömürlük dostluq təməli qoymuşdur. Onilliklər sonra yazıçı xatırlayırdı ki, "o, köhnə dövrlərə aid bir insan idi və imperiya Almaniyasının nə olduğunu və nəyi təmsil etdiyini mənə onun qədər dərindən hiss etdirən ikinci bir almanla qarşılaşmadım".Farwell, The Great War in Africa, p. 105

Birinci Dünya müharibəsi

İlk qələbələr thumb|1914-cü ildə. Qubernator Henrix Şnee koloniyanı müharibədən kənar saxlamaq və müstəmləkəçi dövlətlər tərəfindən 1884-cü ildə qəbul edilmiş Konqo aktında nəzərdə tutulduğu kimi, Avropada münaqişə baş verəcəyi təqdirdə neytrallığı qorumaq istəyirdi. Lettov-Forbek isə, əksinə, Uqanda dəmir yoluna və müttəfiqlərin koloniyalarına hücumlar etməklə Afrika cəbhəsində mümkün qədər çox müttəfiq qoşununu ləngitmək və Avropadakı cəbhənin yükünü azaltmağa öz töhfəsini vermək niyyətində idi. Lettov-Forbekin müharibə planına görə, Şərqi Afrikanın digər hərbi teatrlar müqayisəsində yalnız ikinci dərəcəli cəbhə olacağı üçün mümkün qədər çox Britaniya qoşununu özünə cəlb etmək istəyirdi. O, bu qüvvələri Qərb cəbhəsindən uzaq tutmağı və bu yolla Almaniyanın hərbi səylərinə töhfə verməyi hədəfləyirdi.

1914-cü ilin avqustunda Lettov-Forbek 14 əsgəri səhra bölüyündə 2 600 alman təbəəsilə 2 472 afrikalı əsgərdən ibarət hərbi qarnizonun komandiri idi.Farwell, p. 109. Təşəbbüsü ələ almaq zərurətini hiss edərək, o, Berlindən və koloniyanın qubernatoru Henrix Şneedən gələn əmrlərə məhəl qoymadı. Lettov-Forbek beləliklə Britaniyanın Tanqa şəhərinə gözlənilən iri dəniz desant hücumunu dəf etməyə hazırlaşdı. Hücum 2 noyabr 1914-cü ildə başladı və növbəti dörd gün ərzində alman qüvvələri Tanqa döyüşünü apardı. Bundan sonra Lettov-Forbek adamlarını və azsaylı təchizatını toplayaraq Şərqi Afrikadakı Britaniya dəmir yollarına hücum etdi. O, 19 yanvar 1915-ci ildə Yassin yaxınlığında britaniyalılar üzərində ikinci qələbəsini qazandı. Bu qələbələr əsgərlərin döyüş ruhunu yüksəltməklə yanaşı, almanlara çox ehtiyac duyulan tüfəngləri və digər təchizatları ələ keçirməyə imkan verdi. Lakin Lettov-Forbek Tom fon Prins də daxil olmaqla, bir çox təcrübəli döyüşçüsünü itirdi.Prince had a Scots father and German mother and was born on Mauritius. After being orphaned, Prince and his sister had been educated in England. Later, his mother's family brought him to Germany, where he and Lettow-Vorbeck were classmates at the Kassel Military Academy (Kadettenanstalt Kassel). Prince eventually settled in the Usambara region of German East Africa. He was recalled to active duty as Hauptmann (captain) and given command of the Askaris of the 13th Field Company and of the 7th and 8th Schützenkompagnies (rifle companies composed mainly of the sons of German settlers). Prince's exploits earned him the nickname Bwana Sakarani — the wild one — from his Askaris. He was killed at Tanga on 4 November 1914. Gaudi 2017, pp. 35, 145–148, 200

Birinci Dünya müharibəsində o, Almaniya Şərqi Afrikası üçün Mühafizə qoşunları ilə 1916-cı ilə qədər ərazini britaniyalılara qarşı uğurla müdafiə etməyə müvəffəq olmuş, Tanqa döyüşündə İngiltərə-Hindistan ordusunun sayca üstün qüvvələrinin desant çıxarmaq cəhdini dəf etmişdir. Lettov-Forbekin qoşunları böyük hissəsi yerli əsgərləridən və köməkçi birləşmələrdən ibarət idi. Onun qoşununda yalnız bir neçə yüz alman döyüşürdü və onlar əsasən zabit korpusunu təşkil edirdilər. 1915-ci ilin ortalarında "Königsberg" gəmisinin sağ qalmış heyəti (xilas edilmiş gəmi artilleriyası ilə birlikdə) və "Somali" gəmisinin heyəti də onun qoşununa inteqrasiya olundu.

İtkilərin çox olmasına baxmayaraq, Lettov komandirlərindən Britaniya qüvvələrini döyüşə cəlb etmələrini tələb edirdi. Bu, onu Britaniya Şərqi Afrikasına (indiki Keniya, Uqanda və Zənzibar) basqınlar təşkil etməyə, fortları, dəmir yollarını və rabitə xətlərini hədəf almağa vadar edirdi. O, hələ də Antantanı Avropadakı əsas hərbi cəbhədən canlı qüvvə ayırmağa məcbur edə biləcəyinə ümid edirdi. Gerilla müharibəsinin kritik tələblərini dərk edərək, qoşunlarının təchizatını təmin etmək üçün əlinin altında olan hər şeydən istifadə edirdi.