Mirzə Cavad Ağa Məliki Təbrizi və ya Mirzə Cavad Məliki Təbrizi (1857 Təbriz – 3 iyul 1925 Qum ) Güney Azəbaycan əsilli islam fiqhi, prinsipləri, etikası, hikməti və İslam mistisizmi üzrə alim.
Erkən həyatı Mirzə Cavad Ağa Məliki Təbrizi 1857-ci ildə ( hicri qəməri tarixi ilə 1274) Qacar dövlətinin Təbriz şəhərində doğulub, lakin onun dəqiq doğum tarixi məlum deyil.
O, zadəgan və aristokrat ailəsindəndir, Onun atası "Malik əl-Tüccar" nəslindən olan zəngin bir tacir olub. Ona "Maliki" adının verilməsinə Təbriz tacirlərinin "Malik əl-Tüccar" ailəsi ilə ailə qohumluğu səbəb oluşdur.
Təhsili və karyerası Mirzə Cavad Məliki Təbrizi morfologiya, sintaksis, ritorika və ifadə elmlərini, eləcə də Təbrizdəki İslam seminariyasının əsas səviyyələrini öyrənib, sonra Nəcəfə gedərək, orada o dövrün böyük alim və ustadlarından dərs alıb.
O alimlərin sıralarında aşağıdakılar olub:
Mirza Husain Nuri Tabarsi; Reza Hamadani Nəcəfi; Məhəmməd Kazim Xorasani; Hüseynqulu Həmədani: Mirzə Cavad Məliki Təbrizi ona xüsusi bağlılıq bəsləyib və 14 il onunla dostluq edib. Mirzə Cavad Məliki Təbrizi mənəvi kamilliyi və ruh aləmlərinin daha yüksək mərhələlərini onun rəhbərliyi altında keçirərək, ondan hədis nəql etmək və ötürmək üçün icazə alıb (İslam seminariyası səviyyələrində etibar əlaməti olan bir növ icazə). Əxlaq və təsəvvüf sahəsində Mirzə Cavad Məliki Təbrizi Hüseynqulu Həmədaninin məktəbinin ən yaxşı tələbələrindən biri olub; Seyid Morteza Keşmiri.
Bəziləri Mirzə Cavad Məliki Təbrizinin də Murtaza əl-Ənsaridən hədis nəql etmək və köçürmək icazəsi olduğunu qeyd ediblər.
Mirzə Cavad Məliki Təbrizi təxminən 1903-cü ildə (hicri 1321-ci il) Təbrizə geri dönüb, dini elmləri təbliğ edib. 1911-ci ildə (hicri təqvimi ilə 1329) o, Məşrutə İnqilabı və Təbrizdəki əlverişsiz vəziyyət səbəbindən Quma gedib, ömrünün sonuna qədər Qumda yaşayıb və orada ruhanilər yetişdirməklə məşğul olub.
Əbdül-Kərim Hairi Yəzdi Quma gəlib Qumda seminariya qurduqda, Mirzə Cavad Məliki Təbrizi bir çox tələbənin təhsil alacağı "əxlaq" və "nəfsi təmizləmə" dərslərini təşkil edib. O iki üsulla əxlaq dərsləri təşkil edib: birincisi, evində və xüsusi seçilmiş tələbələrə keçirilən dərslər; digəri isə Qumdakı Feyziyyə məktəbində açıq şəkildə tədris olunan dərslər.
Məlumdur ki, Ruhullah Xomeyninin ( İran İslam Respublikasının qurucusu) də Mirzə Cavad Məliki Təbrizinin tələbəsi olub, lakin Əli Xamenei ( İranın ikinci və hazırkı ali lideri ) Ruhullah Xomeyninin Mirzə Cavad Məliki Təbrizinin dərs silsiləsinin cəmi iki sessiyada iştirak edib və artıq onun kursuna qatıla bilmədiyinə görə təəssüfləndiyini bildirib.
Həyatı Mirzə Cavad Məliki Təbrizinin kitabları ərəb və fars dillərində yazılıb. Ruhullah Xomeyni onun kitablarını oxumağı tövsiyə edib.
Həmin kitablar arsında bunlar var
Əsrar əs-Salət (ərəbcə: اسرار الصلاة): Namazın sirlərindən minlərlə məsləhət barədə; Əl-Məraqibat (Əməl əl-Sənna) (ərəbcə: المراقبات (اعمال السنه): Müxtəlif İslam aylarının ibadətlərini, onların mənəvi təsirləri və bərəkəti barədə; Allah yolunda risalə (ərəbcə: رساله لقاءالله): "Allahla görüşmək" anlayışının mənasını və əlaqəli Quran ayələrini, ilahi adları və Onun ən böyük adını, eləcə də mənəvi yola aparan bələdçi barədə; Kitabi dar fiqh (farsca: کتابی در فقه): Bu kitab hələ nəşr olunmayıb. Bu, Evlilik fəslində İslam fiqhi məsələləri ilə bağlı olub; Həcc haqqında risalə (ərəbcə: رسالهای درباره حج); Haşiye Farsi bar Qayat al-Qaswa (farsca: حاشیه فارسی بر غایةالقصوی): Abbas Quminin İslam fiqhi kitabı olan "Qayət əl-Qəsva"nın təsviri, Məhəmməd Kazım Yəzdinin "Əl-Ürvə əl-Vusqa" kitabının fars dilinə tərcüməsi; Resaleh ee dar Usul (farsca: رسالهای در اصول): İslam fiqhinin əsasları üzrə bir traktat. Resaleh ee (farsca رسالهاى در سير و سلوك ): Mənəvi yolun təsviri üzrə bir traktat.
Vəfatı Mirzə Cavad Mələki Təbrizi 3 iyul 1925-ci ildə (11 Zilhiccə 1343-cü il) Pəhləvi İranında vəfat edib. Onun məzarı İranın Qum şəhərindəki Şeyxan qəbiristanlığında yerləşir.
İstinadlar
Kateqoriya:Məhəmməd Kazım Xorasaninin şagirdləri Kateqoriya:İranlı şiə din xadimləri Kateqoriya:1925-ci ildə vəfat edənlər Kateqoriya:1857-ci ildə doğulanlar