Elçin Məhərrəm (22 noyabr 1996, Mingəçevir, Azərbaycan) — azərbaycanlı yazıçı, dramaturq, şair. Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.https://manera.az/index.php?newsid=17472 Hal-hazırda Mingəçevir Dövlət Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışır.
Həyatı və yaradıcılığı Yazıçı, dramaturq, şair Elçin Məhərrəm 1996-cı ildə Mingəçevir şəhərində anadan olub. 2020-ci ildən başlayaraq hekayələri, şeirləri, müsahibələri bir çox tanınmış yerli mətbuat saytları, jurnalları ilə yanaşı İtaliya, Türkiyə, İran və Pakistan mətbuatında da mütəmadi çap edilir.https://moderator.az/az/ekskluziv/765748/elcin-meherrem-pisiyin-bilarini-kesib-azdirdilar-men-ise-ona-alleqorik-komediya-hesr-etdim-maraqli-foto/ Hekayələri və pyesləri ilə qatıldığı müsabiqələrdə uğur qazanıb. Həmçinin, müəllifin yazdığı pyeslər bölgə teatrlarında (Mingəçevir, Gəncə, Qax və s.) tanınmış rejissorlar tərəfindən səhnələşdirilir. 2025-ci ildə “Ölü xatirələr dükanı” kitabının imza günü keçirilib.
2026-cı ildə müəllifin “Qağayılar üçün elegiya”adlı sayca ikinci kitabı işıq üzü görüb.https://edebiyyat-az.com/?p=52887
Bəzi əsərləri Yaddaş, təqvim, kukla Günəşin dostları Bu nə birincidir, nə sonuncu Göyərçin dili Qağayılar üçün elegiya Abadistan bağırtıları eşitmir Sidonun lənəti
Kitabları "Ölü xatirələr dükanı" "Qağayılar üçün elegiya"
İstinadlar