II Bernhard Erik Frond (; ) — Saksen-Mayninqen hersoqu.

Həyatı 2 aprel 1826-cı ildə Mayninqendə dünyaya gəldi. Atası Saksen-Mayninqen hersoqu II Bernhard, anası isə Prussiya kralı II Fridrix Vilhelmin nəvəsi Mariya Frederikadır.

Prussiya qoşunları 19 sentyabr 1866-cı ildə bölgəyə ordu yeritdi və ertəsi gün atası onun lehinə taxtdan çəkilməyə məcbur oldu. Hakimiyyəti boyunca Prussiya ilə dost münasibətləri qorudu və Prussiya ordusunda general-leytenant rütbəsinə yüksəldi. Fransa-Prussiya müharibəsinə qatıldı və imperator I Vilhelmin yaxın adamlarından biri oldu.

Ömrünün sonlarında eşitmə qabiliyyətini itirdi. 25 iyun 1914-cü ildə vəfat etdi.

Ailəsi İlk evliliyi 18 may 1850-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin və Niderland kralı I Vilhelmin nəvəsi Şahzadə Şarlotta ilə baş tutdu. Cütlüyün bu nigahdan 4 övladı doğuldu.

III Bernhard (1851-1928) Georq Albert (1852-1855) Mariya Yelizaveta (1853-1923) Ölü doğulan oğlan uşağı (1855)

Xanımının doğuş əsnasında vəfat etməsinin ardından dul qaldı. İkinci evliliyi 23 oktyabr 1858-ci ildə Hohenlohlu Fyodora ilə baş tutdu. Üstəlik seçilən gəlin namizədi özü kimi Hohenloh şahzadəsi Kristian Albertin nəticəsi idi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

Ernest (1859-1941) Fridrix (1861-1914) Viktor (1865), yaşı tamam olmadan öldü.

Xanımının 1872-ci ildə skarlatin səbəbilə vəfatının ardından yenidən dul qaldı. Üçüncü evliliyi 18 mart 1873-cü ildə aktirsa Ellen Fransla baş tutdu. Bu monarxial bir evlilik deyildi və Alman kayzeri I Vilhelmin etirazlarına səbəb oldu. Cütlüyün bu nigahdan övladı olmadı.

Mənbə

Ədəbiyyat

Johann Matthäus Bechstein, Joh. von Vierling: Lebensgeschichte Herzog Georg’s des Unvergeßlichen. In: Herzoglich S. Coburg-Meiningisches jährliches gemeinnütziges Taschenbuch, … Meiningen 1803. Ludwig Hertel: Meiningische Geschichte von 1680 bis zur Gegenwart (= Schriften des Vereins für Sachsen-Meiningische Geschichte und Landeskunde. Heft 47, = Neue Landeskunde des Herzogtums Sachsen-Meiningen. Heft 10). Gadow & Sohn, Hildburghausen 1904, Digitalisat. Herta Müller: Georg I. Herzog von Sachsen Meiningen. In: Detlef Ignasiak (Hrsg.): Herrscher und Mäzene. Thüringer Fürsten und Hermenefred bis Georg II. Rudolstadt 1994. Andrea Jakob: Herzog Georg I. von Sachsen-Meiningen: Ein Präzedenzfall für den aufgeklärten Absolutismus. Meininger Museen, ISBN 3-910114-06-7.

İstinadlar

Kateqoriya:Fransa–Prussiya müharibəsi iştirakçıları Kateqoriya:XX əsr Almaniya şəxsləri Kateqoriya:XX əsr hərbçiləri Kateqoriya:XX əsr monarxları Kateqoriya:XIX əsr Almaniya şəxsləri Kateqoriya:XIX əsr hərbçiləri Kateqoriya:XIX əsr şəxsləri Kateqoriya:XIX əsrdə teatr Kateqoriya:İnfanteriya generalları (Prussiya) Kateqoriya:Teatr rejissorları