Kvant mexanikasında perturbasiya nəzəriyyəsi — mürəkkəb kvant sistemini daha sadə, məlum sistem baxımından təsvir etmək üçün riyazi perturbasiya ilə birbaşa əlaqəli olan yaxınlaşma üsulları toplusu. Burada başlanğıc nöqtəsi riyazi həlli məlum olan sadə sistemdir (məsələn, zamandan asılı olmayan Şrödinger tənliyi: ) və məlum sistemin əsas Hamilton operatoruna () zəif pozuntunu ifadə edən əlavə "perturbasiyaedici" Hamilton operatoru () əlavə edilir (yəni ). Əgər pozuntu kiçikdirsə, perturmasiyaya məruz qalmış sistemin yeni enerji səviyyələri və xüsusi vəziyyətləri daha sadə sistemin məlum enerji səviyyələrinin və xüsusi vəziyyətlərinin "düzəlişləri" kimi ifadə edilə bilər. Bu düzəlişlər yaxınlaşmanın dəqiqliyi baxımından artıq nəzərə alınmayacaq qədər kiçik olan n-ci tərtibə çatana qədər getdikcə daha kiçik tərtiblərdə hesablana bilər.

Yaxınlaşdırılmış Hamilton operatorları Perturbasiya nəzəriyyəsi dəqiq həlli olmayan kvant sistemlərini təsvir etmək üçün mühüm vasitədir. Hidrogen atomu, kvant harmonik osillyatoru və qutudakı hissəcik kimi dəqiq həlləri məlum olan sistemlər ideallaşdırılmış sistemlərdir və onlarla əlaqəli real sistemləri kifayət qədər təsvir etməyə bilər. Perturbasiya nəzəriyyəsi daha mürəkkəb sistemlərin həllərini yaratmaq üçün məlum həllərdən istifadə edir. Bu üsul sistemin Hamiltonianının yaxınlaşdırılmasından istifadə edir.

Perturbasiya nəzəriyyəsinin tətbiqi Perturbasiya nəzəriyyəsi nəzərdən keçirilən məsələnin dəqiq həll edilə bilmədiyi, lakin dəqiq həll edilə bilən məsələnin riyazi təsvirinə "kiçik" hədd əlavə etməklə formalaşdırıla bildiyi hallarda tətbiq olunur.

Məsələn, kvant mexanikasındakı hidrogen atomu modelinə perturbasiyaedici elektrik potensialı əlavə etməklə elektrik sahəsinin mövcudluğundan yaranan hidrogenin spektral xəttlərindəki kiçik sürüşmələri — Ştark effektini — hesablamaq mümkündür. Bu, yalnız təxmini nəticədir, çünki Kulon potensialı ilə xətti potensialın cəmi qeyri-sabitdir və həqiqi bağlı vəziyyətlərə malik deyil, baxmayaraq ki, tunellənmə vaxtı (parçalanma sürəti) çox uzundur. Bu qeyri-sabitlik enerji spektrinin xətlərinin genişlənməsi şəklində özünü göstərir və perturbasiya nəzəriyyəsi bunu tam şəkildə təsvir edə bilmir.

Perturbasiya nəzəriyyəsi ilə əldə edilən ifadələr dəqiq deyil, lakin genişlənmə parametri, məsələn , çox kiçik olduğu müddətdə dəqiq nəticələr verə bilər. Adətən nəticələr sonlu qüvvət sıraları şəklində ifadə olunur və daha yüksək tərtiblər nəzərə alındıqda dəqiq qiymətlərə yaxınlaşdığı görünür. Lakin müəyyən tərtibdən sonra — təxminən — nəticələr getdikcə pisləşir, çünki sıralar adətən divergentdir və asimptotik sıralar təşkil edir. Onları yaxınlaşan sıralara çevirmək üçün üsullar mövcuddur və belə sıralar böyük genişlənmə parametrləri üçün də hesablana bilər. Bu məqsədlə ən səmərəli üsullardan biri variasiya üsuludur. Təcrübədə yaxınlaşan perturbasiya genişlənmələri çox vaxt yavaş yaxınlaşır, divergent perturbasiya genişlənmələri isə bəzən daha aşağı tərtibdə belə dəqiq həllə yaxın yaxşı nəticələr verir.

Kvant elektrodinamikası (QED) nəzəriyyəsində elektron–foton qarşılıqlı təsiri perturbativ şəkildə nəzərdən keçirilir. Elektronun maqnit momentinin hesablanmasının eksperimentlə on bir onluq mərtəbəsinə qədər uyğun gəldiyi müəyyən edilmişdir. QED və digər kvant sahə nəzəriyyələrində Feynman diaqramları kimi tanınan xüsusi hesablama üsullarından qüvvət sırasının hədlərini sistematik şəkildə toplamaq üçün istifadə olunur.

Məhdudiyyətlər

Böyük perturbasiyalar Bəzi sistemlər sadə sistem üzərinə qoyulan kiçik perturbasiya ilə təsvir edilə bilməz. Perturbasiya nəzəriyyəsi kiçik perturbasiyalar tələb edir. Məsələn, kvant xromodinamikasında kvarkların qlüon sahəsi ilə qarşılıqlı təsiri aşağı enerjilərdə perturbativ şəkildə təsvir edilə bilməz, çünki qarşılıqlı təsir sabiti (genişlənmə parametri) həddindən artıq böyük olur və düzəlişlərin kiçik olması tələbi pozulur.

Adiabatik olmayan vəziyyətlər Perturbasiya nəzəriyyəsi "sərbəst model"dən adiabatik şəkildə yaranmayan vəziyyətləri, o cümlədən bağlı vəziyyətləri və solitonlar kimi müxtəlif kollektiv hadisələri də təsvir etməkdə uğursuz olur.

Cazibə qüvvəsi kimi cəlbedici qarşılıqlı təsirin daxil edildiyi sərbəst (yəni qarşılıqlı təsirsiz) hissəciklər sistemi bir-birinə bağlı hissəcik qruplarına uyğun gələn tamamilə yeni xüsusi vəziyyətlər toplusu yarada bilər. Bu hadisəyə ənənəvi superkeçiricilikdə nümunə göstərmək olar. Burada fonon vasitəsilə yaranan keçirici elektronlar arasındakı cazibə qarşılıqlı təsiri Kuper cütü kimi tanınan korrelyasiyalı elektron cütlərinin yaranmasına səbəb olur.

Perturbasiya nəzəriyyəsi uğursuz olur, çünki perturbasiya olunmamış modeldə bağlı hissəcikə uyğun analoq yoxdur və solitonun enerjisi adətən genişlənmə parametrinin tərsi ilə mütənasib olur. Bu hallarda variasiya üsulu və WKB yaxınlaşması kimi digər yaxınlaşdırma üsullarından istifadə edilə bilər.

Çətin hesablamalar Qeyri-perturbativ sistemlər problemi müasir kompüterlərin meydana çıxması ilə müəyyən qədər azalmışdır. Sıxlıq funksionalı nəzəriyyəsi kimi üsullardan istifadə etməklə müəyyən məsələlər üçün ədədi qeyri-perturbativ həllər əldə etmək praktiki cəhətdən mümkün olmuşdur. Bu inkişaflar xüsusilə kvant kimyası sahəsində faydalı olmuşdur. Kompüterlər həmçinin son dərəcə yüksək dəqiqlik səviyyələrində perturbasiya nəzəriyyəsi hesablamalarının aparılması üçün istifadə edilmişdir. Bu, hissəciklər fizikasında eksperimentlə müqayisə edilə bilən nəzəri nəticələrin əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Zamandan asılı olmayan perturbasiya nəzəriyyəsi Zamandan asılı olmayan perturbasiya nəzəriyyəsi perturbasiya nəzəriyyəsinin iki kateqoriyasından biridir; digəri zamandan asılı perturbasiya nəzəriyyəsidir. Zamandan asılı olmayan perturbasiya nəzəriyyəsində perturbasiya Hamilton operatoru statikdir, yəni zamandan asılı deyil.

Zamandan asılı olmayan perturbasiya nəzəriyyəsi Ervin Şrödinger tərəfindən 1926-cı ildə yazdığı məqalədə təqdim edilmişdir. Bu, onun dalğa mexanikası üzrə nəzəriyyələrini irəli sürməsindən qısa müddət sonra baş vermişdir. Şrödinger bu məqaləsində daha əvvəl Lord Reyli tərəfindən aparılmış işə istinad etmişdir. Reyli kiçik qeyri-bircinsliklərin təsirinə məruz qalmış simin harmonik rəqslərini tədqiq etmişdi. Buna görə də bu perturbasiya nəzəriyyəsi çox vaxt Reyli–Şrödinger perturbasiya nəzəriyyəsi adlandırılır.

Zamandan asılı olmayan perturbasiya nəzəriyyəsi öz növbəsində degenerasiya olunmamış və degenerasiya olunmuş perturbasiya nəzəriyyəsinə bölünə bilər.

Degenerasiya olunmamış perturbasiya nəzəriyyəsi

Birinci tərtib düzəlişlər Proses heç bir zamandan asılılığı olmadığı qəbul edilən perturbasiya olunmamış Hamilton operatoru ilə başlayır.Sakurai, J.J., and Napolitano, J. (1964,2011). Modern Quantum Mechanics (2nd ed.), Addison Wesley . Chapter 5 Onun məlum enerji səviyyələri və xüsusi vəziyyətləri vardır. Bunlar zamandan asılı olmayan Şrödinger tənliyindən alınır:

Sadəlik üçün enerjilərin diskret olduğu qəbul edilir. üst indeksləri bu kəmiyyətlərin perturbasiya olunmamış sistemə aid olduğunu göstərir. Burada bra–ket notasiyasından istifadə edilməsinə diqqət yetirin.

Daha sonra Hamilton operatoruna perturbasiya daxil edilir. zəif fiziki pozuntunu, məsələn, xarici sahənin yaratdığı potensial enerjini ifadə edən Hamilton operatoru olsun. Beləliklə, formal olaraq Hermit operatorudur. 0-dan (perturbasiyanın olmadığı vəziyyət) 1-ə (tam perturbasiya) qədər fasiləsiz qiymətlər ala bilən ölçüsüz parametr olsun. Perturbasiyaya məruz qalmış Hamilton operatoru belədir:

Perturbasiyaya məruz qalmış Hamilton operatorunun enerji səviyyələri və xüsusi vəziyyətləri yenidən zamandan asılı olmayan Şrödinger tənliyi ilə verilir:

Məqsəd və -i əvvəlki Hamilton operatorunun enerji səviyyələri və xüsusi vəziyyətləri baxımından ifadə etməkdir. Perturbasiya kifayət qədər zəifdirsə, onlar üzrə (Makloren) qüvvət sıraları şəklində yazıla bilər:

burada

olduqda bunlar perturbasiya olunmamış qiymətlərə, yəni hər bir sıranın ilk həddinə çevrilir. Perturbasiya zəif olduğundan enerji səviyyələrinin və xüsusi vəziyyətlərin perturbasiya olunmamış qiymətlərindən çox uzaqlaşmaması və tərtib artdıqca hədlərin sürətlə kiçilməsi gözlənilir.

Qüvvət sırası genişlənməsinin Şrödinger tənliyinə daxil edilməsi aşağıdakı ifadəni verir:

Bu tənliyin açılması və -nın hər bir qüvvətinin əmsallarının müqayisəsi sonsuz sayda simultane tənliklər sırasını verir. Sıfırıncı tərtib tənliyi sadəcə perturbasiya olunmamış sistem üçün Şrödinger tənliyidir:

Birinci tərtib tənlik isə belədir:

ilə soldan əməliyyat aparıldıqda sol tərəfdəki birinci hədd sağ tərəfdəki birinci həddi ixtisar edir. (Xatırlayaq ki, perturbasiya olunmamış Hamilton operatoru Hermitdir.) Nəticədə birinci tərtib enerji sürüşməsi alınır:

Bu, sadəcə olaraq sistem perturbasiya olunmamış xüsusi vəziyyətdə olduqda perturbasiya Hamilton operatorunun gözlənilən qiymətidir.

Bu nəticə belə şərh edilə bilər: tutaq ki, perturbasiya tətbiq olunur, lakin sistem kvant vəziyyətində saxlanılır. Bu, artıq enerji xüsusi vəziyyəti olmasa da, etibarlı kvant vəziyyətidir. Perturbasiya bu vəziyyətin orta enerjisinin qədər artmasına səbəb olur. Lakin həqiqi enerji sürüşməsi bir qədər fərqlidir, çünki perturbasiyaya məruz qalmış xüsusi vəziyyət ilə tam eyni deyil. Bu əlavə sürüşmələr enerjinin ikinci və daha yüksək tərtibli düzəlişləri ilə müəyyən edilir.

Enerjinin xüsusi vəziyyətinə düzəlişlər hesablanmazdan əvvəl normallaşdırma məsələsi həll edilməlidir. Tutaq ki,

lakin perturbasiya nəzəriyyəsi həmçinin olduğunu qəbul edir.

Onda -nın birinci tərtibində aşağıdakı bərabərlik ödənilməlidir:

2 həddi birinci tərtibli genişlənmələrdə atılır.

Kvant mexanikasında ümumi faza müəyyən edilmədiyindən ümumiliyi itirmədən, zamandan asılı olmayan nəzəriyyədə -in sırf həqiqi olduğu qəbul edilə bilər. Buna görə,

və nəticədə

Enerjinin xüsusi vəziyyətinə birinci tərtib düzəlişi əldə etmək üçün yuxarıda göstərilən nəticəyə enerjinin birinci tərtib düzəlişi üçün ifadə daxil edilir və -nın birinci tərtib əmsalları bərabərləşdirilir.

Enerjinin xüsusi vəziyyətinə birinci tərtib düzəliş aşağıdakı mülahizələr vasitəsilə də əldə edilə bilər. Eynilik operatorunun açılımından istifadə etməklə:

burada vektorları -ə ortoqonal tamamlayıcıda, yəni digər xüsusi vektorlardır.

Beləliklə, birinci tərtib tənlik aşağıdakı şəkildə ifadə edilə bilər:

İstinadlar

Kateqoriya:Kvant kimyası Kateqoriya:Riyazi fizika