Flen— İsveçin Södermanland qraflığında yerləşən şəhər və Flen bələdiyyəsinin inzibati mərkəzidir. 2010-cu ildə şəhərin əhalisi 6.229 nəfər olub.

Flen,dəmir yolu qovşağı kimi inkişaf edib və 1949-cu ildə şəhər statusu alıb. 1971-ci ildən isə daha böyük Flen bələdiyyəsinin inzibati mərkəzidir.

Fleni məşhurlaşdıran amillərdən biri Ulf Peder Olrog tərəfindən 1940-cı illərdə yazılmış "Violen från Flen" mahnısıdır. Şəhər həmçinin Grönwalls qrupunun 1992-ci ildə ifa etdiyi "Du ringde från Flen" adlı dansband mahnısında mühüm yer tutur. Flen, Kent qrupunun 2005-ci ildə buraxdığı The hjärta & smärta EP mini-albomundakı Flen/Paris və 2010-cu ildə buraxdığı Ensam lång väg hem mahnılarında da xatırlanır. Tanınmış atçılar Karl Qrin və Sigurd Svensson burada anadan olublar.

Flen, GB Glace şirkətinin yerləşdiyi şəhər olduğu üçün "dondurma şəhəri" kimi tanınır. GB Glace İsveçin ən böyük dondurma şirkətidir.

Flen həmçinin dünyanın ən şimalda yerləşən üzüm bağının Blacksta ərazisində olması ilə tanınır.

Riksdaq seçkiləri Bu siyahıda Flenin öz şəhər ərazisində keçirilmiş seçkilər göstərilir; siyahı Flenin inzibati mərkəzi olduğu Flen bələdiyyəsini əhatə etmir.

İl%SəslərVSMPCLKDMSDNyDSolSağ1973 92,0 4.383 3,2 54,3 21,1 8,8 2,1 10,4 57,5 40,21976 91,8 4.575 3,0 53,4 21,0 8,7 2,2 11,6 56,3 41,31979 90,5 4.708 3,7 53,6 16,2 9,7 1,9 14,4 57,3 40,31982 91,8 4.708 4,2 57,6 1,1 12,6 4,4 2,4 17,1 61,8 34,11985 89,5 4.556 4,5 57,5 1,2 10,7 10,9 14,8 62,0 33,51988 85,4 4.270 5,5 55,7 4,3 9,2 10,0 2,5 12,4 65,5 31,51991 84,4 4.117 4,4 51,7 2,3 8,1 7,7 6,5 14,7 4,2 56,1 37,01994 86,3 4.197 6,3 59,1 3,8 5,1 5,3 3,6 15,2 0,7 69,1 29,11998 79,9 3.910 13,4 48,7 3,5 3,6 2,6 10,7 15,8 65,6 32,72002 77,6 3.781 7,9 54,5 3,8 3,8 9,6 7,5 10,5 0,8 66,1 31,52006 79,0 3.843 5,8 54,6 3,1 4,5 4,9 5,4 17,4 2,5 63,6 32,32010 79,2 3.824 6,2 46,2 5,1 3,7 5,2 5,0 21,6 6,3 57,5 35,62014 82,2 3.939 5,7 42,1 4,8 3,5 3,1 3,7 16,3 18,6 52,6 26,72018 80,5 3.877 7,6 40,7 3,1 5,1 2,6 5,2 15,0 19,8 56,4 42,6

İstinadlar

Kateqoriya:İsveç şəhərləri Kateqoriya:Södermanland leninin bələdiyyələri