"Pasoori" (; , ) Pakistanlı müğənnilər Əli Seti və debütant Şae Gill tərəfindən ifa edilən pəncab və urdu dilli sinqldır. Mahnı Coke Studio Pakistan -ın 14-cü mövsümünün (ikinci bölüm) altıncı mahnısı olaraq 6 fevral 2022-ci ildə yayımlandı və daha sonra 7 fevral 2022-ci ildə YouTube -da yayımlandı.

Spotify tərəfindən 2022-ci ilin dekabr ayında yayımlanan məlumatlara görə, "Pasoori" dünyada ən çox dinlənilən Pakistan mahnısı, eləcə də 2022-ci ildə Pakistanda ən çox dinlənilən mahnı olub. "Pasoori" Spotify-ın "Viral 50 - Global" siyahısına daxil olan ilk "Coke Studio" mahnısı və ilk Pakistan mahnısı oldu. Mahnı "Disney+" platformasının "Ms. Marvel" mini-serialının 4-cü epizodunda, həmçinin Mira Nairin rejissorluğu ilə səhnələşdirilən "Monsoon Wedding The Musical" (2023) adlı off-Brodvey tamaşasının saundtrekində yer aldı. 2022-ci ilin avqustunda "Pasoori" "Coke Studio"nun 14 illik tarixində YouTube-da 300 milyon baxış sayına çatan üçüncü mahnı oldu; 14 oktyabr 2022-ci ildə isə 410 milyon baxışla "Coke Studio"nun bütün dövrlər ərzində ən çox izlənilən musiqi videosuna çevrildi. 2022-ci ilin dekabrında "Pasoori" YouTube-un "Qlobal Ən Yaxşı Musiqi Videoları" siyahısına (16–22 dekabr həftəsi) daxil olan ilk Pakistan mahnısı oldu. 21 yanvar 2023-cü ildə "Pasoori" YouTube-da 500 milyon baxış həddini keçərək bu göstəriciyə çatan ilk "Coke Studio" musiqi videosu oldu. 7 sentyabr 2026-cı ildə isə "Pasoori" YouTube-da bir milyard baxış sayına çatan ilk Pakistan musiqi videosu oldu."Pasoori" Spotify -ın "Viral 50 - Global" hit-paradında yer alan ilk Coke Studio mahnısı və ilk Pakistan mahnısı idi.

İstinadlar

Kateqoriya:Urdu dilində mahnılar