Şahzadələr Sarayı () — Almaniyanın Berlin şəhərində yerləşən keçmiş Prussiya monarx iqamətgahlarından biri.

1730-cu ildə ədliyyə naziri Samuel fon Koksey və general-leytenant Yakop fon Bexeferə məxsus 2 villa inşa edildi. Ancaq general-leytenant Yakop fon Bexefer ertəsi il vəfat etdi. Samuel fon Kokseyin sifarişiylə, memar Fridrix Vilhelm Diterixs 1733-cü ildə 2 malikanənin arasında dar və uzun arakəsmə inşa edərək onlaı birləşdirdi. Rokoko üslubundan yenidən əldən keçən saray binasında 1755-ci ildəki ölümünə qədər yaşayan Samuel fon Kokseydən sonra bina Brandenburq-Şvedt markqrafı Frederik Henri tərəfindən satın alındı. Onun 1788-ci ildəki ölümündən sonra binanın mülkiyyəti Prussiya monarx ailəsinə keçdi.

Saray binası ilk öncə 1793-cü ildə Prussiya kralı II Fridrix Vilhelmin oğlu Lüdovik Karl və xanımına təsis edildi. Ancaq şahzadənin 3 il sonrakı vəfatından sonra saray yenidən boşaldıldı. Ardından taxta çıxan III Fridrix Vilhelm qızları Şarlotta, Aleksandrina və Luizanı bu saray köçürtdü və gənc qızlar burada böyüdüldü. Bu tarixdən etibarən saray Şahzadələr Sarayı adını aldı. 1810-1811-ci illərdə saray memar Henrix Qents tərəfindən neoklassik üslubda genişləndirildi.

1918-ci ildə monarxiyanın ləğv edilməsinin ardından saray binası öncə Prussiya Azad Dövlətinin, daha sonra isə Berlin Dövlət Muzeyləri komitəsinin mülkiyyətinə keçdi.

İkinci Dünya müharibəsi illərində İttifaq qoşunları tərəfindən bombalanan saray binası 1963-1964-cü ildə əsaslı restavrasiya edildi.

2018-ci ilədn etibarən Deutsche Bank incəsənət kolleksiyasına ev sahibliyi edir.

Mənbə

Ədəbiyyat

Richard Borrmann: Die Bau- und Kunstdenkmäler von Berlin. Verlag von Julius Springer, Berlin 1893, S. 321–323. Hermann Heckmann: Baumeister des Barock und Rokoko in Brandenburg-Preußen. Verlag für Bauwesen, Berlin 1998, ISBN 3-345-00631-6, S. 332 (Schloss Buch), S. 334–335 (Prinzessinnenpalais). Folkwin Wendland: Berlins Gärten und Parke von der Gründung der Stadt bis zum ausgehenden neunzehnten Jahrhundert: Das klassische Berlin. Propyläen-Verlag, Frankfurt a. M., Berlin / Wien 1979, ISBN 3-549-06645-7, S. 55–57.

Kateqoriya:Almaniya sarayları Kateqoriya:Almaniyada barokko memarlığı Kateqoriya:Berlin muzeyləri Kateqoriya:Hohensollernlər