Niderlandlı Mariya Vilhelmina Frederika Anna Yelizaveta (; ) — Niderland kralı I Vilhelmin nəvəsi, Vayd şahzadəsi.
5 iyun 1841-ci ildə dünyaya gəldi. Atası Niderland kralı I Vilhelmin oğlu şahzadə Frederik, anası isə Prussiya kralı III Fridrix Vilhelmin qızı şahzadə Luiza Vilhelminadır. Doğuşdan eşitmə qabiliyyəti zəif idi. Uşaqlıq illərində mükəmməl saray təlim-tərbiyəsi aldı. Ailəsi onu Uels şahzadəsi Albert Eduardla evləndirmək istəsə də, Kraliça Viktoriya buna qarşı çıxdı.
18 iyul 1871-ci ildə Vayd şahzadəsi Vilyamla evləndirildi. Cütlüyün 6 övladı doğuldu.
Fridrix (1872-1945) Aleksandr (1874-1877) Vilhelm (1876-1945) Viktor (1877-1946) Luiza (1880-1965) Yelizaveta (1883-1938)
22 iyun 1910-cu ildə Nyuvaydda vəfat etdi.
Mənbə
Ədəbiyyat
R.W.A.M.Cleverens, De Oranje-erfopvolging rond de eeuwwisseling. Uitgever Nobles 1997, ISBN 978-90-71103-10-0
İstinadlar Kateqoriya:Almanlar Kateqoriya:Hollandlar Kateqoriya:Qadın şahzadələr