thumb| Pola Cin Velden yayılan fotoşəkili. İtkin düşmüş şəxslər üçün elanlardan bir parça.

Benninqton üçbucağı () — ABŞ yazıçısı Cozef Sitro tərəfindən 1945–1950-ci illərdə Vermont ştatının cənub-qərbində bir neçə nəfərin itkin düşdüyü ərazini bildirmək üçün işlədilmiş ifadə. Bu anlayış Sitronun müvafiq itkin düşmə hallarını və ərazi ilə bağlı müxtəlif folklor nümunələrini müzakirə etdiyi iki kitabında, o cümlədən "Kölgə uşaq" əsərində daha da məşhurlaşmışdır. Sitronun fikrinə görə, bu ərazi Massaçusets ştatının cənub-şərqindəki Bricuoter üçbucağı ilə oxşar xüsusiyyətlərə malikdir, Həmçinin Qlastenberi və ətraf ərazilər haqqında uzun illərdir ki, qəribə hadisələr barədə rəvayətlər danışılır. Bunlardan ən məşhuru, ehtimal ki, Pola Cin Veldenin itkin düşməsidir.

Bu fərziyyəvi "sirli üçbucağ"ın tam olaraq hansı ərazini əhatə etdiyi aydın deyil, lakin iddiaya görə, onun mərkəzi Qlastenberi dağıdır və buraya bilavasitə onu əhatə edən şəhərlərin, xüsusilə Beninqton, Vudford, Şaftsberi və Somersetin ərazisinin bir hissəsi və ya böyük hissəsi daxildir. Qlastenberi və onunla qonşu olan Somerset qəsəbəsi vaxtilə müəyyən dərəcədə inkişaf etmiş meşəçilik və sənaye şəhərləri olmuş, lakin XIX əsrin sonlarına doğru tənəzzülə uğramağa başlamışlar. Hazırda onlar faktiki olaraq ruh-şəhərlərdir və Vermont Baş Assambleyasının 1937-ci il tarixli aktı ilə inzibati statuslarını itirmişlər. Beninqton Kollecinin 27 yaşlı tələbəsi Robert Sinqli 2008-ci ildə bu ərazidə azmış, lakin Vermont Ştat Polisi tərəfindən sağ-salamat tapılmışdır.

Populyar mədəniyyətdə 1950-ci ildə Cepsonun yoxa çıxması ilə bağlı araşdırma zamanı Benninqton bölgəsindəki jurnalistlər əvvəlki üç hadisəni qeyd etmiş və aralarındakı mümkün əlaqələr barədə fərziyyələr irəli sürmüşdülər. 1950-ci ilin noyabr ayında "Bennington Evening Banner" qəzeti bölgədə Ceyms Hiltonun məşhur 1933-cü ildə yazdığı "İtirilmiş üfüq" romanına istinad edərək, bir qrup insanın Tibetin mistik dağlıq ərazisində azdığını göstərən "İtirilmiş üfüq"ün ola biləcəyini irəli sürən bir məqalə dərc etmişdir. 1945–1950-ci illərdə baş verən hadisələr "Lore" podkastının "The Red Coats" adlı 67-ci bölümündə təsvir olunur.

İstinadlar

Əlavə ədəbiyyat

Adams, Mary Gavel "The Bennington Monster." Green Mountain Whittlin's, 1950 Stock, R. D.; Zeller, J. "The Strange Disappearances at Mt. Glastenbury." Fate, July 1957

Citro, Joseph A. Green Mountain Ghosts, Ghouls, and Unsolved Mysteries. University of New England/ Vermont Life, 1994 Citro, Joseph A. Passing Strange: True Tales of New England Hauntings and Horrors, 1996 Citro, Joseph A. and Sceurman, Mark. Weird New England, 2005, p. 74–75 Waller, John D., Lost in Glastenbury, Bennington Banner (VT) (Oct 4, 2008), accessed 13 March 2017 The Bennington Triangle, The Cracker Barrel (Wilmington, VT) (Fall 2004), available at vitualvermonter.com, accessed 2009-09-03 Glastenbury tales: Town offers no clues to mysteries hanging over it, Rutland Herald (Nov. 8, 1999)

Kateqoriya:Açıqlanmamış qeybolmalar Kateqoriya:ABŞ folkloru Kateqoriya:İtkin düşənlər