Bu məqalənin təkmilləşdirilməsinə kömək edə bilərsiniz.
Möcüzəli: Parabüzən və Qara Pişiyin macəraları ZAG Entertainment və Method Animation (sonradan onların birgə müəssisəsi olan Miraculous Corp. ) tərəfindən istehsal olunan, Toei Animation, SAMG Animation və De Agostini Editore şirkətlərinin, eləcə də bir sıra beynəlxalq şirkətlərin birgə iştirakı ilə hazırlanan fransız CGI qrafikalı döyüş və macəra janrlı cizgi serialıdır. Serial Parisdə yaşayan iki yeniyetmədən, yəni Marinet Düpen-Çenq və Edriyn Aqrestdən bəhs edir. Onlar müvafiq olaraq Parabüzən və Qara Pişik adlı superqəhrəmanlara çevrilərək şəhəri superbədxahlardan qoruyurlar. Bu superbədxahları onların əsas düşməni olan Şahin Güvə yaradır. O, 4-cü sezonda Kölgə Güvə, 5-ci sezonda isə Monarx adını alır. Serial təxminən 150 ölkədə yayımlanır və hər ölkədə seriyaların efirə verilmə ardıcıllığı fərqli ola bilər.
Serial 2015-ci ilin oktyabrında Fransada TF1 kanalında efirə verilməzdən əvvəl ilk dəfə 2015-ci ilin sentyabrında Cənubi Koreyada EBS1 kanalında efirə verilib. ABŞ-də serial 2015-ci ilin dekabrında Nickelodeon kanalında efirə verilməyə başlayıb, lakin 2016-cı ildə kanalın efir cədvəlindən çıxarılıb. 2019-cu ilin aprel ayında serialın yayım hüquqlarını Disney Channel əldə edib. Serial həmçinin KidsClick yayım blokunda 2019-cu ilin martında fəaliyyətini dayandırana qədər efirə verilib.
2016-cı ilin dekabrında Zag şirkəti Netflix-in Miraculous serialının 1-3-cü sezonları üçün ABŞ ərazisində tələb üzrə video yayımı hüquqlarını əldə etdiyini elan edib. İkinci sezon 2017-ci ilin oktyabrında Fransada TF1 kanalının TFOU yayım blokunda efirə verilməyə başlayıb və Avropanın digər televiziya kanallarında da efirə verilib. 3-cü sezonun dünya premyerası 2018-ci ilin dekabrında İspaniya və Portuqaliyada Disney Channel kanalında baş tutub. 2019-cu ilin sentyabrında Zag şirkəti 4-cü sezonun 2020-ci ilin sonlarında efirə verilməsinin planlaşdırıldığını təsdiqləyib, lakin COVID-19 pandemiyası səbəbindən yayım 2021-ci ilə təxirə salınıb. 4-cü sezonun "Qəzəbli Fu" adlı ilk seriyası 2021-ci ilin martında Braziliyanın Gloob kanalında efirə verilib. Fransada sezonun premyerası 2021-ci ilin aprelində və ABŞ-də Disney Channel kanalında isə həmin ilin iyununda baş tutub. 2021-ci ilin aprelində serialın 6-cı və 7-ci sezonlarının istehsal mərhələsində olduğu elan edilib. 2022-ci ilin iyulunda isə 8-ci sezonun istehsalına rəsmi icazə verilib. 2025-ci il yanvarın 6-da 6-cı sezonun ABŞ-də Disney Channel və Disney XD kanallarında 2025-ci il yanvarın 25-də, Fransada isə 2025-ci il martın 23-də efirə veriləcəyi elan edilib.
Qeyd: Sezonlar üzrə seriyaların ardıcıllığı fərqli mənbələrdə fərqli ola bilər. Burada sezonlar üzrə seriyalar şərti olaraq düzülüb.
1-ci sezon
Seriya nömrəsi Seriyanın Azərbaycanca adı Seriyanın ingiliscə adı 1 Fırtınalı hava Stormy Weather 2 Bədxah rəssam The Evillustrator 3 Ledi Vayfay Lady WiFi 4 Ətir şahzadəsi Princess Fragrance 5 Qara Kupidon Dark Cupid 6 Cənab Göyərçin Mr. Pigeon 7 Pikselçi Pixelator 8 Təqlidçi pişik Copycat 9 Köpükçü The Bubbler 10 Saymon deyir Simon Says 11 Rocer-polis Rogercop 12 Oyunçu Gamer 13 Heyvan adam Animan 14 Qara qılınc Darkblade 15 Firon The Pharaoh 16 Zaman qıran Timebreaker 17 Qorxuducu Horrificator 18 Kuklaçı The Puppeteer 19 Mim The Mime 20 Gitarist Bədxah Guitar Villain 21 Reflekta Reflekta 22 Parabüzən və Qara Pişik (Başlanğıc – 1-ci hissə) Ladybug & Cat Noir (Origins – Part 1) 23 Daş ürək (Başlanğıc – 2-ci hissə) Stoneheart (Origins – Part 2) 24 Antiböcək Antibug 25 Kunq Fud Kung Food 26 Volpina Volpina 2-ci sezon
Seriya nömrəsi Seriyanın Azərbaycanca adı Seriyanın ingiliscə adı 1 Kolleksiyaçı The Collector 2 Baş kraliça Prime Queen 3 Dondurmaçı Glaciator 4 Ümidsizlik ayısı Despair Bear 5 Bəla yaradan Troublemaker 6 Nəhəng körpə Gigantitan 7 Əks-hücum Riposte 8 Befana Befana 9 Qorxunc bülbül Frightningale 10 Qorizilla Gorizilla 11 Robostus Robostus 12 Sapotilər Sapotis 13 Qara Bayquş The Dark Owl 14 Siren Syren 15 Zombizu Zombizu 16 Kapitan Hardrok Captain Hardrock 17 Dondurucu Frozer 18 Stil kraliçası (Kraliçanın döyüşü – 1-ci hissə) Style Queen (Queen's battle – Part 1) 19 Eşşək arısı kraliçası (Kraliçanın döyüşü – 2-ci hissə) Queen Wasp (Queen's battle – Part 2) 20 Tərsinəçevirən Reverser 21 Anansi Anansi 22 Zalım diktator Malediktator 23 Qum adam Sandboy 24 Katalizator (Qəhrəmanlar Günü – 1-ci hissə) Catalyst (Heroes' Day – Part 1) 25 Mayura (Qəhrəmanlar Günü – 2-ci hissə) Mayura (Heroes' Day – Part 2) 26 Şaxta Baba Santa Claws
3-cü sezon
Seriya nömrəsi Seriyanın Azərbaycanca adı Seriyanın ingiliscə adı 1 Buqələmun Chameleon 2 Animaestro Animaestro 3 Çörəkçi Bakerix 4 Geriyə aparan Backwarder 5 Reflekdoll Reflekdoll 6 Canavar ata Weredad 7 Səsboğucu Silencer 8 Oni-Çan Oni-Chan 9 Möcüzəçi Miraculer 10 Oblivio Oblivio 11 Desperada Desperada 12 Usta Kris Christmaster 13 Ulduz qatarı Startrain 14 Kvami ovçusu Kwamibuster 15 Ziyafətçi Feast 16 Oyunçu 2.0 Gamer 2.0 17 Fırtınalı hava 2 Stormy Weather 2 18 İkari Qozen Ikari Gozen 19 Zaman işarələyici Timetagger 20 Şənlik pozan Party Crasher 21 Kuklaçı 2 The Puppeteer 2 22 Ağ pişik Cat Blanc 23 Feliks Félix 24 Parabüzən Ladybug 25 Qəlb ovçusu (Möcüzə döyüşü – 1-ci hissə) Heart Hunter (The Battle of the Miraculous – Part 1) 26 Möcüzələr kraliçası (Möcüzə döyüşü – 2-ci hissə) Miracle Queen (The Battle of the Miraculous – Part 2)
4-cü sezon
Seriya nömrəsi Seriyanın Azərbaycanca adı Seriyanın ingiliscə adı 1 Həqiqət Truth 2 Yalan Lies 3 Sirlər dəstəsi Gang of Secrets 4 Cənab Göyərçin 72 Mr. Pigeon 72 5 Psixomedian Psycomedian 6 Qəzəbli Fu Furious Fu 7 Dabanəzən Sole Crusher 8 Kraliça Banan Queen Banana 9 Qabriel Aqrest Gabriel Agrest 10 Meqa zəli Mega Leech 11 Günahkarlıq Guiltrip 12 Krokoduel Crocoduel 13 Optiqami Optiqami 14 Hiss-köpükçü Sentibubbler 15 Dondurmaçı 2 Glaciator 2 16 Hək-San Hack-San 17 Ölümcül göz yaşı Rocketear 18 Arzu gerçəkləşdirən Wishmaker 19 Sadə adam Simpleman 20 Çilin Qilin 21 Əziz ailə Dearest Family 22 Efemer Ephemeral 23 Kuro Neko Kuro Neko 24 Penalti komandası Penalteam 25 Risk (Kölgə Güvənin son hücumu – 1-ci hissə) Risk (Shadow Moth's Final Attack – Part 1) 26 Əks zərbə (Kölgə Güvənin son hücumu – 2-ci hissə) Strikeback (Shadow Moth's Final Attack – Part 2)
5-ci sezon
Seriya nömrəsi Seriyanın Azərbaycanca adı Seriyanın ingiliscə adı 1 Təkamül Evolution 2 Çoxalma Multiplication 3 Məhv Destruction 4 Sevinc Jubilation 5 İllüziya Illusion 6 Qətiyyət Determination 7 Ehtiras Passion 8 Yenidən birləşmə Reunion 9 Coşğu Elation 10 Ötürmə (Kvamilərin seçimi – 1-ci hissə) Transmission (The Kwamis' Choice – Part 1) 11 Alovlanma (Kvamilərin seçimi – 2-ci hissə) Deflagration (The Kwamis' Choice – Part 2) 12 Mükəmməllik Perfection 13 Köç Migration 14 İstehza Derision 15 İntuisiya Intuition 16 Müdafiə Protection 17 Pərəstiş Adoration 18 Emosiya Emotion 19 İddia Pretension 20 İfşa Revelation 21 Üzləşmə Confrontation 22 Gizli sözləşmə Collusion 23 İnqilab Revolution 24 Təmsil Representation 25 Uyğunlaşma (Son Gün – 1-ci hissə) Conformation (The Final Day – Part 1) 26 Yenidən yaradılış (Son Gün – 2-ci hissə) Re-creation (The Final Day – Part 2) 27 Aksiya Action
6-cı sezon
Seriya nömrəsi Seriyanın Azərbaycanca adı Seriyanın ingiliscə adı 1 İqlim kraliçası Climatiqueen 2 Nifrətkar rəssam The Illustrhater 3 Sublimasiya Sublimation 4 Ata-polis Daddycop 5 Canavar babalar Werepapas 6 Yatan Siren Sleeping Syren 7 Daş öküz El Toro De Piedra 8 Vampiqami Vampiqami 9 Cənab Aqrest Mister Agreste 10 Qaranlıq qala The Dark Castle 11 İfşaçı Revelator 12 Ehtiyatsız sürücü Wreckless Driver 13 Heyvan adam Animan 14 Yaksi Qozen Yaksi Gozen 15 Böyük uşaq bezi Grendiaper 16 Hökmdar The Ruler 17 Nuh Noe 18 Gecəniz xeyrə qalsın A Fairy Good Night 19 Çirkləndirənlər The Dirtifiers 20 Ürək düzəldən Heartfixer 21 Zəncirlənmiş nəhənglər The Chained Titans 22 Ledi Xaos Lady Chaos 23 Qəmginansi Sadnansi 24 Dəhşət zonasının kraliçası Queen of the Dreadzone 25 Gizli Protokol Secret Protocol 26 Əzəli düşmən Nemesis
7-ci sezon
Qeyd: Bəzi seriyaların adları hələ elan edilmədiyindən "–" işarəsi ilə göstərilib. Seriyaların adı məlum olduqdan sonra cədvələ əlavə ediləcək.
Seriya nömrəsi Seriyanın Azərbaycanca adı Seriyanın ingiliscə adı 1 Təkrar baxmağa dəyər (Doğru vaxt – 1-ci hissə) Replay Value (The Right Time – Part 1) 2 Krizalis (Doğru vaxt – 2-ci hissə) Chrysalis (The Right Time – Part 2) 3 Sevgisizlik Dislove 4 Menecmen Manageman 5 Marinet Düpen-Çenq Marinette Dupain-Cheng 6 Dondurmaçı Glaciator 7 – – 8 – – 9 – – 10 – – 11 – – 12 – – 13 – – 14 – – 15 – – 16 – – 17 – – 18 – – 19 – – 20 – – 21 – – 22 – – 23 – – 24 – – 25 – – 26 – –
Xüsusi seriyalar
Seriya nömrəsi Seriyanın Azərbaycanca adı Seriyanın ingiliscə adı 0 Parabüzən və Qara Pişik: Güclərin oyanışı Miraculous: Ladybug & Cat Noir, The Movie 1 Möcüzəli dünya: Nyu-York, Birləşmiş qəhrəmanlar Miraculous World: New York, United Heroez 2 Möcüzəli dünya: Şanxay, Xanım əjdaha əfsanəsi Miraculous World: Shanghai, The Legend of Ladydragon 3 Möcüzəli dünya: Paris, Kölgə Böcək və Qara Pəncənin macəraları Miraculous World: Paris, Tales of Shadybug and Claw Noir 4 Möcüzəli dünya: London, Zamanın kənarında Miraculous World: London, At the Edge of Time 5 Möcüzəli dünya: Tokyo, Ulduz gücü Miraculous World: Tokyo, Stellar Force
İstinadlar