AIAZ Beynəlxalq Qısa Filmlər Festivalı () — Bakıda keçirilən, süni intellekt vasitəsilə yaradılmış və ənənəvi üsulla çəkilmiş qısametrajlı filmlərə həsr olunmuş beynəlxalq film festivalı. 2025-ci ildə təsis edilib. Festivalın adı ingiliscə Artificial Intelligence – Azerbaijan (Süni intellekt – Azərbaycan) ifadəsinin qısaltmasıdır. Azərbaycan mətbuatında festival Qafqaz regionunda süni intellektə əsaslanan ilk film festivalı kimi təqdim olunub.
Tarixi Festivalın təsisçisi Murad Şükürlüdür. İlk festival 2025-ci il noyabrın 15–16-da Bakıdakı "Salaam Cinema" kinoteatrında keçirilib. Proqrama filmlərin nümayişi, süni intellekt üzrə ustad dərsi, startap təqdimatı və mükafatlandırma mərasimi daxil olub. Təsisçinin "Kaspi" qəzetinə verdiyi müsahibəyə görə, ilk festivala təxminən 10 ölkədən müraciət daxil olub.
İkinci festivalın 2026-cı il dekabrın 5–6-da Bakıda keçirilməsi planlaşdırılır.
Münsiflər heyəti Festivalda iki fərqli qiymətləndirmə sistemi tətbiq olunur. Süni intellekt vasitəsilə yaradılmış filmləri kino sahəsində təcrübəsi olan insanlardan ibarət münsiflər heyəti, ənənəvi üsulla çəkilmiş filmləri isə festivalın "AIAZ" adlı süni intellekt münsifi qiymətləndirir.
2025-ci il qalibləri İlk festivalın qalibləri aşağıdakılar olub: Nominasiya Film Müəllif Süni intellektlə hazırlanmış ən yaxşı yerli qısametrajlı film "KhatAI" Rəvan Muradov Süni intellektlə hazırlanmış ən yaxşı beynəlxalq qısametrajlı film "Tək yol" İqor Xarlamov Festival komandasının xüsusi mükafatı "Ana yurd" Aişə Hacıyeva Ekoloji təsir mükafatı (yerli müsabiqə) "Güzgü: İnsanlığın əks tərəfi" Ruslan İbrahimli Ekoloji təsir mükafatı (beynəlxalq müsabiqə) "İqlim böhranı" Piter Vadoç
İstinadlar
Xarici keçidlər Rəsmi saytı
Kateqoriya:Azərbaycan film festivalları Kateqoriya:Bakıda mədəniyyət