Əl-Vəch () — Səudiyyə Ərəbistanında kiçik şəhər və liman. Təbuk vilayətinin tərkibindədir. Əhalisi 26 636 nəfərdir (2013-cü il).
Əl-Vəch Səudiyyə Ərəbistanının şimal-qərbində, Qırmızı dəniz sahilində yerləşir.
Yerli əhalinin əsas məşğuliyyəti balıqçılıqdır. Şəhərdə hava limanı fəaliyyət gösterir. 2023-cü ilə qədər şəhərin yaxınlığında kurortun istifadəyə verilməsi planlaşdırılmışdır.
İqlimi çox isti və quraqdır (səhra iqlimi).
Şəhər Birinci Dünya müharibəsi zamanı Hicaz ərazisində Osmanlı qoşunlarının son dayaq nöqtəsi olmuşdur. 1917-ci ildə baş vermiş döyüşdə Ərəbistanlı Lourensin rəhbərlik etdiyi ərəblər tərəfindən tutulmuşdur.
İstinadlar
Kateqoriya:Səudiyyə Ərəbistanı şəhərləri