Elektron akseptoru başqa bir birləşmədən ona ötürülən elektronları qəbul edən kimyəvi hissəcikdir. Elektron akseptorları oksidləşdirici maddələrdir.

Elektron akseptorunun elektron qəbul etmə qabiliyyəti onun redoks potensialı ilə ölçülür.

Ən sadə halda, elektron akseptorları bir elektron qəbul etməklə reduksiya olunur. Bu proses akseptorun strukturunu əhəmiyyətli dərəcədə dəyişə bilər. Əlavə olunan elektron yüksək dərəcədə delokallaşmış olduqda, reduksiyanın struktur nəticələri cüzi ola bilər. Elektron akseptoru olan tetrasianoetilenin mərkəzi C–C rabitəsinin uzunluğu bir elektron qəbul etdikdə 135-dən 143 pm-ə qədər artır. Bəzi donor-akseptor kompleksləri əmələ gələrkən bir elektrondan az miqdarda elektron ötürülür. TTF-TCNQ yükötürmə kompleksidir.

Biologiya thumb|left|300px|Solda göstərilən dikation olan paraquat bitkilərdə elektron akseptoru kimi fəaliyyət göstərərək tənəffüs prosesini pozur.

Biologiyada son elektron akseptoru termini çox vaxt ya elektron nəqli zəncirində elektron qəbul edən son birləşməni — məsələn, aerob hüceyrə tənəffüsü zamanı oksigeni, ya da fotosintez zamanı reaksiya mərkəzinin elektronötürmə sahəsində elektron qəbul edən son kofaktoru ifadə edir. Bütün orqanizmlər elektron donorundan elektron akseptoruna elektron ötürülməsi yolu ilə enerji əldə edirlər.

Elektron akseptorlarının biologiyadakı rolunu göstərən praktik nümunələrdən biri paraquatın yüksək toksikliyidir. Bu geniş təsir spektrinə malik herbisidin təsiri N,N'-dimetil-4,4'-bipiridinium birləşməsinin elektron akseptoru xüsusiyyətindən qaynaqlanır.

Materialşünaslıq Bəzi günəş elementlərində fotocərəyan elektronların donordan elektron akseptoruna ötürülməsi ilə əlaqədardır. İstinadlar

Kateqoriya:Bərk cisimlər fizikası Kateqoriya:Yarımkeçiricilər fizikası Kateqoriya:Elektrokimya Kateqoriya:Kimyəvi xassələr Kateqoriya:Kimyəvi reaksiyalar