Orxan Fərmayıl oğlu Məmmədov - Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı

Təhsili Orxan Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetində və Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistratura pilləsi üzrə təhsilini davam etdirib.

Fəaliyyəti Əmək fəaliyyəti dövründə Yasamal Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 2025-ci ilin martında Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub.

Xarici keçidlər

İstinadlar

Kateqoriya:Yardımlı Rayon İcra Hakimiyyətinin başçıları