Tağıyev: Sona — xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunmuş dörd hissəli "Tağıyev" filminin üçüncü hissəsi. Rejissoru Zaur Qasımlıdır. Film Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.
Məzmunu Filmin hadisələri 1896-cı ilin mayında başlayır. 58 yaşlı Hacı Zeynalabdin Tağıyev Mərdəkandakı bağ evində bağçılıq məktəbi açmağı planlaşdırır, biznesini neftdən kənar sahələrdə genişləndirməyi, hətta neft şirkətini satmağı düşünür. Böyük oğlu İsmayıl bu fikrə qarşı çıxır. Tənhalıq hiss edən Tağıyev general Balakişi Ərəblinskinin qızı, oğlu İsmayılın həyat yoldaşı Nurcahanın kiçik bacısı Sona xanımla evlənmək qərarına gəlir. Bu istək Ərəblinski ailəsində çaşqınlıqla qarşılanır və İsmayılın narazılığına səbəb olur. Sonda Sona razılıq verir, lakin bu nikah ata ilə oğul arasında dərin ayrılığa gətirib çıxarır.
Film haqqında Filmin təqdimat mərasimi 2025-ci il oktyabrın 4-də Nizami Kino Mərkəzində keçirilib. Kinoteatrlarda nümayişinə 2 oktyabr 2025-ci ildə başlanılıb. Film Cinemastercard, Park Cinema və Nizami Kino Mərkəzində nümayiş olunub.
Report-un məlumatına görə, film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi, "Neqsol Holding", Kapital Bank, Bakcell və "Norm" şirkətlərinin sponsorluğu ilə istehsal olunub. Həmin məlumata görə, tetralogiyanın ilk iki hissəsini — "Tağıyev: Neft" və "Tağıyev: Çar" filmlərini ölkə kinoteatrlarında 110 mindən çox tamaşaçı izləyib.
Film heyəti Film üzərində işləyənlər Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, montajçısı Əsgər Rəhimov, bəstəkarı isə Etibar Əsədlidir.
Rollarda Pərviz Məmmədrzayev — Hacı Zeynalabdin Tağıyev Qurban İsmayılov — yaşlı Hacı Zeynalabdin Tağıyev Fəridə Qurbanova — Sona Rasim Cəfər — Ağa Musa Nağıyev Manaf Dadaşov — Əbu Ziyad Vadim Stepanov — Cerri Tompson Leyla Ələsgərova — Xanım Tağıyeva Sənan Əlləz Vüsal Hacı-Qədir İsmayıl Kərimov Rüstəm Cəbrayılov Zülfiyyə Qurbanova Dəniz Tacəddin
Həmçinin bax Tağıyev: Neft Tağıyev: Çar Tağıyev: Məktəb
İstinadlar
Kateqoriya:2025-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın bioqrafik filmləri Kateqoriya:Hacı Zeynalabdin Tağıyev haqqında filmlər Kateqoriya:Bakı haqqında filmlər Kateqoriya:Azərbaycanca filmlər