Vədd () — qədim ərəb mifologiyasında ay və suvarma tanrısının adı.
Ümumi məlumat Ərəb dilindən tərcümədə "sevgili" mənasını verən "vədd" sözü rəsmi panteonda Əstərdən sonra ikinci yeri tutmuşdur. Dumət vahəsindəki məbəddə müxtəlif qədim ərəb tanrılarının heykəlləri toplanmışdı. Onların arasında əlində qılınc, nizə, ox və oxqabı olan insan görkəmli nəhəng Vədd büt də mövcud olmuşdur. Vədd "Quran"ın "Nuh" surəsində Nuh xalqının sitayiş etdiyi tanrılardan biri kimi digər bütlərin, Suva, Yəğus, Yəuq və Nəsr adları ilə birlikdə xatırlanmışdır:
Peyğəmbər Məhəmmədin səhabəsi İbn Abbas tərəfindən bu ayəyə verilən təfsirə görə, həmin bütlər Nuh xalqından olan saleh insanların şərəfinə ucaldılmışdır. Vədda həsr olunmuş məbəd peyğəmbər Məhəmmədin əmri ilə Xalid ibn Vəlid tərəfindən dağıdılmışdır. Söküntüyə müqavimət göstərənlər öldürülmüşlər.
İstinadlar
Kateqoriya:Ərəb mifologiyası Kateqoriya:Quranda adı çəkilənlər