Qurban psixologiyası — insanın və ya bir qrup insanın başqalarının hərəkətləri nəticəsində özünü zərərçəkmiş hesab etməyə meyilli olduğu düşüncə tərzini ifadə edən psixoloji anlayış. Bu termin həmçinin insanın öz bədbəxtliklərini başqalarının yanlış hərəkətləri ilə əlaqələndirmək meylini ifadə etmək üçün də işlədilir. Bu hal qurbanlıq düşüncəsi adlandırılır. Belə düşüncə tərzi həyatda baş verən mənfi hadisələrin öhdəsindən gəlmək üçün müdafiə mexanizmi kimi formalaşa bilər.

Qurban psixologiyası uşaqlıqdan yetkinliyə qədər məruz qalınan zorakılıq və müxtəlif vəziyyətlər nəticəsində formalaşa bilər. Eynilə, cinayətkarlar da çox vaxt özlərini qurban kimi görür, əxlaqlı olduqlarına və cinayətləri yalnız əxlaqsız dünyaya reaksiya olaraq törətdiklərinə inanırlar. Bundan əlavə, onlar hüquq-mühafizə orqanlarının onları ədalətsiz şəkildə təqib etmək üçün hədəf seçdiyini düşünə bilərlər. Bu düşüncə tərzi insanın özünü qurban kimi hiss etməsinə səbəb olan travma nümunələrindən də qaynaqlana bilər.

Qurban düşüncə tərzinin xüsusiyyətləri qrup səviyyəsində də müşahidə edilmişdir, lakin fərdi səviyyədəki xüsusiyyətlərin hamısı qruplara aid deyil.

İstinadlar

Kateqoriya:Populyar psixologiya Kateqoriya:Şəxsiyyət nəzəriyyələri Kateqoriya:Steriotiplər Kateqoriya:Təcavüz və qısnama Kateqoriya:Viktimologiya