Səfər İbad oğlu Abdullayev () — Sovet-Azərbaycan maşınqayıranı və Sosialist Əməyi Qəhrəmanıdır (1980).

Həyatı 5 may 1925-ci ildə Bakıda anadan olmuşdur.

Azərbaycanın maşınqayırma sahəsində uzun illər səmərəli fəaliyyət göstərmiş və yüksək əmək nailiyyətlərinə görə 1980-ci ildə SSRİ-nin ən ali dövlət təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.Указа Президиума Верховного Совета СССР от 11 апреля 1980 года, который был опубликован в газетах и «Ведомостях Верховного Совета СССР» (№ 16 (2038) от 16 апреля 1980 года).

İqtisadiyyat sahəsindəki böyük xidmətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2002-ci il tarixli fərmanı ilə ona Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir.

1 avqust 2023-cü ildə 98 yaşında Bakı şəhərində vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Böyük Vətən müharibəsinin snayperləri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri