Mondializm (, — «dünya» sözündən) — dünya hökumətinin yaradılmasını nəzərdə tutan layihə.(http://www.Mondialisme.org) Mondialisme.org] sayt hərəkatı\(http://www.bu.edu/wcp/Papers/Poli/PoliFeld.htm) The Call for a World Constitutional Convention] Mondializm fransız dilindəki «mondialisation» sözünün ingilisdilli variantıdır. Bəzən bu anlayış qloballaşma hadisəsi ilə qarışdırılır.Ulrich Beck: (http://www.heise.de/tp/r4/artikel/8/8029/1.html) Globalismus und Globalisierung. Gegen die unterstellte Dominanz der wirtschaftlichen Globalisierung.] telepolis 3. Juli 1997.\ Qloballaşma anlayışı insan fəaliyyətinin iqtisadi sahəsinə, mondiallaşma isə vətəndaş-siyasi sahəsinə aiddir.
Anlayışın tarixi Əvvəlcə «mondiallaşma» sözü özünü «dünya vətəndaşlarının» şəhərləri elan edən şəhər və bələdiyyələrə münasibətdə işlədilirdi. Onlar bununla dünya problemlərinə biganə qalmadıqlarını və bəşəriyyətin taleyinə görə məsuliyyəti bölüşmək istəklərini nümayiş etdirirdilər. Bu ideya özünü dünya vətəndaşı elan etmiş Harri Devis tərəfindən 1949-cu ildə irəli sürülmüşdür. Bu, özünü dünya vətəndaşı elan edən şəxslər ideyasının məntiqi davamı idi. İdeya 1945-ci ildə Fransanın Müqavimət Hərəkatının keçmiş lideri Robert Sarrazak tərəfindən yaradılmış Dünya Vətəndaşlarının İnsan Cəbhəsi tərəfindən dəstəklənmişdi. 1949-cu il iyulun 20-də ilk «dünya şəhəri» Fransanın təxminən 20 000 əhalisi olan kiçik Kahor şəhəri elan edildi. Bu şəhər Lo departamentinin inzibati mərkəzi idi. Sonrakı bir neçə il ərzində yüzlərlə başqa şəhər də «mondiallaşdı». Onların əksəriyyəti Fransada, daha sonra isə xarici ölkələrdə, o cümlədən Almaniyanın bir çox şəhərlərində, habelə Hiroşima və Naqasakidə yerləşirdi.
Müasir mənası Mondializm Yer kürəsinin əhalisi arasında həmrəyliyi ifadə edən, mədəniyyətlərin və fərdlərin müxtəlifliyinə hörmətlə yanaşmaq şərti ilə bütün planetdə dövlətüstü qanunların və federativ strukturun yaradılmasını hədəfləyən hərəkatdır. Mondializm inteqrasiya, unifikasiya və qloballaşmaya əsaslanır. Bunların ideologiyası neoliberalizm, məqsədi isə vahid dünya liberal-demokratik və bazar sivilizasiyasının qurulmasıdır.
Mondializm hərəkatı bütün bəşəriyyəti idarə edəcək yeni siyasi təşkilatın yaradılmasının tərəfdarıdır. Bu məqsədlə milli suverenliyin müəyyən səlahiyyətlərinin Ümumdünya Federal Departamentinə, Ümumdünya Federal Hökumətinə və Ümumdünya Federal Məhkəməsinə verilməsi nəzərdə tutulur. Departament bəşəriyyətin aclıq, şirin su çatışmazlığı, müharibələr, sülhməramlı fəaliyyət, ətraf mühitin çirklənməsi və elektrik enerjisi kimi ümumi gündəlik problemlərinin həlli ilə məşğul olmalı idi. Dünya hökumətinin prezidenti prezident respublikalarında olduğu kimi, vətəndaşların birbaşa səsverməsi yolu ilə seçilməli idi.
Mondializmin «sağ» və «sol» qolları mövcuddur. Sağ mondializm atlantizmin qloballaşmasını təmsil edir. Sol mondializm isə vahid dövlətə Avrasiya sektorunun da daxil edilməsini zəruri hesab edir.
İstinadlar Kateqoriya:Qloballaşma
Kateqoriya:Kosmopolitizm Kateqoriya:Beynəlxalq münasibətlər