Qəhrəman bəy Heydər bəy oğlu Arif — (1780-?), şair.

Həyatı Qəhrəman bəy Heydər bəy oğlu 1780-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Şair idi. Arif təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Satirik, kinayəli, zəmanəsini qamçılayan şeirlərinə də rast gəlinir.

Ailəsi Qəhrəman bəy Pəri xanımla ailə qurmuşdu. Sadıq bəy, Hüseynqulu bəy adlı oğlanları vardı.

Yaradıcılığı Gövhər ağa İbrahimxəlil xan qızı 1824-cü ildə əmisioğlu Xankişi bəy Mehrəli xan oğlu Sarıcalı-Cavanşirlə ailə qurmuşdu. Bu izdivacla bağlı şair Kərbəlayı Qəhrəman bəy Ağa Heydər bəy oğlu Arif yazırdı:

Xərmöhrəyə layiq olmayan xər, Səd heyf cahanda tapdı gövhər.

Təqdiri-qəzaya qıl tamaşə, Axır səni verdi cəhrəbaşə.

Mənbə Ənvər Çingizoğlu, Heydər bəyin törəmələri (Heydərbəyovlar, Heydərzadələr), "Soy" elmi-kütləvi dərgi, 2010, № 5, səh.17–21

Həmçinin bax Azərbaycan ədəbiyyatı

Xarici keçidlər

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:1780-ci ildə doğulanlar