Aşağı Kəldək — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Aşağı Kəldək (Gəldək) Şəki rayonunun Baş Kungut inzibati ərazi vahidində kənd. Əyriçayın sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Tədqiqatçılar oykonimi kəl (gücdən düşmüş, dincə qoyulmuş) və -dək (-lək) komponentlərindən ibarət "dincə qoyulmuş əkin sahəsi" mənalı soz kimi izah edirlər. Kəldək komponenti kəndin ərazisindəki Kəl dağının adından yaranıb. "Kəl dağı yerləşən, Kəl dağının ətrafı, yanı" mənasını ifadə edir. Yaşayış məntəqəsini keçmiş Kəldək (indiki Baş Kəldək) kəndindən çıxmış ailələr nisbətən Aşağıda saldıqları üçün belə adlandırılmışlar"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..
Əhalisi Kəndin əhalisi 96 nəfər təşkil edir ki, onun da 49 nəfəri kişi, 47 nəfəri isə qadındır.
İstinadlar
Kateqoriya:Şəki rayonunun kəndləri