Cunud — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Cunud Şəki rayonunun Baş Layski inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Oykonimin XIII əsrdə monqolların tərkibində olmuş türkdilli sunnit tayfasının adından olması ehtimal edilir"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..

Əhalisi Kəndin əhalisi 1010 nəfər təşkil edir ki, onun da 518 nəfəri kişi, 492 nəfəri isə qadındır. .

İstinadlar

Kateqoriya:Şəki rayonunun kəndləri Kateqoriya:Azərbaycanda monqol mənşəli yaşayış məntəqələri