Göybulaq — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Göybulaq Şəki rayonunun Cəfərabad inzibati ərazi vahidində kənd. Sərcəli dağının ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağdan gəlmiş ailələrin Göybulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Kənd adını ərazidəki eyniadlı bulaqdan almışdır. Göybulaq adlı bulaqlar Tovuz və Balakən rayonlarında da qeydə alınmışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Əhalisi Kəndin əhalisi 730 nəfər təşkil edir ki, onun da 349 nəfəri kişi, 381 nəfəri isə qadındır.

İstinadlar

Kateqoriya:Şəki rayonunun kəndləri