Difai Partiyası və ya Difai Firqəsi () və ya sadəcə Difai () — 1905-ci ildə Bakıda və Gəncədə, Daşnaksütun partiyasının terrorizminə və çar istibdadına qarşı mübarizə aparmaq üçün yaradılan siyasi təşkilat.

Tarixi

Gizli fəaliyyət dövrü (1905–1909) 1905-ci ildə baş verən Birinci Rus İnqilabı nəticəsində, Rusiyanın ərazisində milliyətçi hərəkatlar fəallaşmışdı. İnqilab Qafqaza da təsir göstərmişdi. Dumada qurulmuş Müsəlman fraksiyasını əsasən azərbaycan türk mənşəli siyasi xadimlər təmsil edir, Rusiya müsəlmanlarının problemlərini gündəmə qaldırırdı.

Rusiya, erməni daşnaklarını silahlandırır və onları Azərbaycan türk əhaliyə qarşı yönəldirdi. Daşnaklar İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şamaxıda yaşayan silahsız dinc Azərbaycan türklərinə hücum edir, vəhşiliklər törədir və onların mal-mülkünü qarət edirdilər.

Azərbaycan ziyalıları daşnaklarla mübarizə aparmaq üçün cəmiyyətlər qururdular. Belə cəmiyyətlərdən birini 1905-ci ildə Bakı şəhərində Əhməd bəy Ağaoğlu yaratmışdı. "Fədai" adlanan bu təşkilat gizli fəaliyyət göstərirdi.

Hüseyn Baykara "Fədai" cəmiyyətinin fəaliyyəti nəticəsində ermənilərin türklərə qarşı törətdikləri qırğının qarşısı müəyyən dərəcədə və müxtəlif vasitələrlə alındığını yazırdı.

1912-ci il 16 mart tarixində Qafqaz canişinliyinin arxivindən tapılmış və hal-hazırda Bakıda yerləşən arxivdə mühafizə edilməkdə olan Difai Partiyasına məxsus Bəyannamədə deyilir:

Beləliklə, Difai Partiyası bu Bəyannaməsi ilə, Hüseyn Baykaranın qeyd etdiyi kimi, Azərbaycan türklərinin, eləcə də, Qafqaz müsəlmanlarının "ölüm-qalım" mübarizəsini açıqca ortaya qoyaraq öz siyasi platformasını elan etmiş oldu.

Əhməd bəy Azərbaycanın vilayətlərini dolaşmağa başladı. İlk olaraq o Azərbaycanın ikinci paytaxtı sayılan Gəncəyə yola düşdü. Gəncədə tanınmış millətçilərlə görüşərək orada Difai təşkilatını yaratdı.

Bu minvalla Azərbaycanın ermənilər hücum edən vilayətlərində də yaradılan Difai təşkilatının yerli şöbələri erməni silahlı dəstələrinə qarşı mübarizəyə başladı. Partiyanın fəaliyyəti və rəhbərliyi barədə Tiflisdəki quberniya jandarm idarəsinə vaxtaşırı donoslar gedirdi.

1905–1906-cı illərdə Gəncədə baş vermiş erməni-türk qarşıdurması zamanı "Difai" sözün əsl mənasında "Qafqazı qanlı səhnə halına salmaq" barədə verdiyi vədə əməl etdi. Gəncədə yerləşən "Cəmiyyəti-Xeyriyyə" və "Nəşri-Maarif" cəmiyyətlərinin binası qərərgaha çevrilmiş və hərəkata rəhbər seçilmişdi. Hüseyn Baykara yazır:

Nağı bəy Şeyxzamanlı xatirələrində yazır:

Bu barədə Rəfael Hüseynovun "Rəfibəylilər" kitabında o günlərin və hadisələrin şahidi olmuş N. Keykurunun rus idarəsinin Difai Firqəsinin bir üzvünü tapıb xəbər verənə yaxud möhürünü əldə edənə 50000 qızıl rubl vəd etdiyini, lakin vəziyyətdə heç bir dəyişiklik olmadığını söylədiyi yazılmışdır.

Difainin rəhbərliyi altında aparılan əməliyyatlar nəticəsində Qarabağ, Bakı və Şamaxı vilayətlərində də döyüş təşəbbüsü Azərbaycan Türklərinin əlinə keçdi. Rus İmperiyasının yerli çinovnikləri artıq silahın ucunun onlara tərəf çevrildiyinin fərqinə vararaq gürcü əsilzadələrinin əli ilə müvəqqəti də olsa barışıq yarada bildilər. Hər iki tərəfdə nisbi sakitlik yarandı. Lakin 1905-ci il inqilabının gətirdiyi həyəcanlar davam edirdi. Artıq ermənilərlə türklər arasında barışıq əmələ gəlmişdi, ancaq erməniləri türklər əleyhinə təhrik ədən çar idarəsinin fitnələri davam etməkdə idi. Difai bunun da əlacını tapır: "Difai Partiyasının rəhbərləri bu məsələni də müzakirə etdilər – erməniləri türklərə qarşı təhrik edən rus idarəsinin yüksəkvəzifəli məmurları aradan götürüləcəkdi. Bu, Difai Partiyasının qərarı idi…".

Difai Firqəsinin ilk "nəhəng" qurbanı Gəncə qubernatorunun müşaviri Kreşçinski olur. Gəncə qubernatorunun müşaviri Kreşçinski Şuşada olduğu zaman ermənilərə köməklik etmişdi. Kreşçinskini öldürmək üçün Difai Partiyası Gəncə təşkilatının üzvləri öz aralarında püşk atırlar və püşk Gəncənin Topalhəsən kəndinin sakini Səmədə düşür. Kreşçinski çox keçmir ki, Gəncədə elə öz evinin qabağındaca öldürülür. Qətlin ertəsi gününün gecəsi "Difai" firqəsinin möhürüylə divarlara bəyannamələr yapışdırılır. Bu rus məmurlarında böyük qorxu yaradır. Nağı bəy Şeyxzamanlı xatirələrində yazır:

Beləliklə, Gəncədə həbsxananın imamı olan müsəlman mollası Molla Atakişi (Molla Hədi) rus gizli polisinə xəfiyyəçilik edərək Difainin bir nəçə üzvünü ələ verdiyi üçün partiyanın qərarı ilə öldürülür. Onun cənazəsini polislər qaldırırlar, cəsədi bütün gün evində qalır. Mollalardan heç kim cənazə namazını qılıb onu dəfn eləməyə cürət etmirdi.

Şuşada ermənilər qırğın törətdikləri zaman onlara köməklik edən general Qoloşanov çarın naibi, eyni zamanda, çarın əmisi Qrandük Nikolay Nikolayeviçə raport vermək üçün Tiflisə gedir. Bu xəbəri əldə edən Difai Partiyasının Şuşadakı təşkilatı tərəfindən Hüsü adlı birisinə Tiflisdə Qoloşanovun öldürülməsi tapşırılır. Bir həftə keçməmiş bu əmr Tiflisdə yerinə yetirilir. Difaiçilər Hüsünün təhlükəsizliyini qorumaq niyyətilə onun İrana qaçmasına köməklik edirlər. Şeyxzamanlı Tiflisdə baş vermiş başqa bir qətlin tarixçəsi barədə öz "xatirələri"ndə yazır:ədə öz "xatirələri"ndə yaz thumb|"Difai" firqəsinin Naxçıvan qəzasının rəisi polkovnik Engelin öldürülməsi haqqında yaydığı bildiriş vərəqəsi (1906) Bu qətllərdən sonra Difai Partiyasının möhürü olan bəyyannamələr küçələrə yapışdırılırdı. Şeyxzamanlı yazırdı: Şeyxzamanlı yazır ki, Sosialist İnqilabçılar Partiyasının nümayəndəsi olan Kruçkovun həbsi zamanı Mirzə Məhəmməd də tutulur və evində aparılan axtarışlar zamanı Difainin möhürü də götürülür. Axtarışa və Mirzə Məhəmmədin həbsinə səbəb Kruçkovun onunla yaxın münasibətlərdə olması idi. Mirzə rus solçusuna Azərbaycan türkcəsindən ruscaya tərcümə işlərində kömək edirdi. Evdə axtarışın aparılması və rus milli təhlükəsizlik şöbəsi əməkdaşlarının naməlum möhür tapmaları, Difaiçiləri ciddi təhlükə altına qoyurdu. Bu zaman Şeyxzamanlı Təhlükəsizlik Şöbəsinin katibi, difaiçi Sədrəddin Şeyxzamanlının ona verdiyi inqilabi sosialist partiyasının möhürü ilə seyfdə saxlanılan Difainin möhürünü dəyişir, izi itirmək məqsədilə möhürü sobaya atıb məhv edir. İstintaq zamanı təhlükəsizlik şöbəsinin seyfindən çıxan möhürün və sənədlərin isə Kruçkova məxsus olduğu sonuncunun özü tərəfindən təsdiqləndiyindən, Difai bu vəziyyəti öz lehinə çevirir.

Mirzə Məhəmməd isə sosialist firqəsinin nümayəndəsi ilə əlaqədə olduğu üçün beş illik sürgünə göndərilir. Onun sürgün edilməsi ilə əlaqədar Gəncə gimnaziyasında boşalan müəllimlik yerinə maarif cəmiyyətindən namizədliyi irəli sürülmüş Mirzə Hüseyni rus maarif müdiri işə qəbul etmək istəməsə də, Ələkbər bəy Rəfibəylinin müdaxiləsi və Difainin təzyiqi ilə geri çəkilməli olur: "Rəfibəyli klubda maarif müdirindən gimnaziyaya Mirzə Hüseynin təyin olunmamasının səbəbini soruşmuş və tələbələrin himayədarlarının bu şəxsin təyin olunması üçün israr etdiklərini söyləmiş və demişdir ki, "Qorxuram ki, bir siyasi məsələ çıxa bilər. "Difai" firqəsi isə müdafiə edərək Mirzə Hüseynin təyin olunmasını tələb edir. Bu səbəbdən xoşagəlməz bir hadisə baş verə bilər. Siz buna mane olmalısınız, yəni Mirzə Hüseyni təyin etməlisiniz". Maarif müdiri bir müddət fikirləşdikdən sonra başqa çıxış yolu olmadığından əvvəlki fikrindən və qərarından vaz keçərək Gəncə gimnaziyasına Mirzə Hüseyni müəllim təyin edir"

İkinci fəaliyyət dövrü (1917) Difainin Mərkəzi Komitəsi Bakıda yerləşirdi. 1917-ci inqilabından sonra Kerenskinin müvəqqəti hökumətinin sərəncamına görə, hər yerdə, eləcə də Gəncədə icra komitəsinin təşkili işinə başlanılır. Difai ilk dəfə olaraq burada üzə çıxır. Nağı bəy Şeyxzamanlı yazırdı:

Firqənin fəxri sədri Ələkbər bəy Rəfibəyli olmuşdur.

Şöbələri

Gəncə Difai Partiyasının Gəncə təşkilatının ilk sədri Şeyxülislam Axund Məhəmməd Pişnamazzadə, müavini isə Ələkbər bəy Rəfibəyli idi. Ələkbər bəy Xasməmmədov və qardaşı Ələsgər bəy Xasməmmədov, doktor Həsən bəy Ağayev, Ələkbər bəy Rəfibəyli, Yusif bəy Yusifbəyli və oğlu Həmid bəy Yusifbəyli, gimnaziyada din müəllimi işləyən Mirzə Məhəmməd Axundzadə, müəllim Mirzə Cavad, gənc müəllimlərdən İdris Axundzadə və başqaları Gəncədə təsis olunan Difai Təşkilat Komitəsinin üzvləri idilər.

Difai Partiyası Gəncə təşkilatının rəhbəri Məhəmməd Pişnamazzadə fəaliyyətinə görə Kazan şəhərinə sürgünə göndərilir. Bundan sonra təşkilata Ələkbər bəy Rəfibəyli sədrlik edir.

Qaryagin Qaryagin qəzasının dəftərxana rəisinin Yelizavetpol (Gəncə) qubernatoru İ. V. Mitskeviçə göndərdiyi məktubda bu partiyanın fəaliyyəti haqqında belə bir məlumat verilir ki, "Difai Partiyası öz fəaliyyətində az və ya çox dərəcədə müvəffəqiyyət qazanmış və öz mövcudluğunu bir sıra terror aktları ilə, o cümlədən, Yelizavetpol qubernatorluğunun valisi Kleşinskinin öldürülməsi və general Qoloşanova sui-qəsdlə qeyd etmişdir: bu partiyanın öz komitələri, kassası, proqramı və əhali arasında nüfuzu vardır. Bu partiya siyasi çalarına görə demokratikdir. Partiyanın tərkibinə əsasən tacirlər, kəndlilər, tələbələr və qismən də həkimlər, vəkillər daxildir. Xan və bəylər üçün partiyanın qapıları bağlı idi".

Qaryagin qəzasında "Difai" təşkilatının üzvüləri:

A. Vəzirov M. Axundov Mirzə Əli Axundov Hacı Muxtar Sadıqov Məşədi Camal bəy Vəzirov Mirzə Camal Yusifzadə Məmmədqulu xan Cavanşir

Şuşa Şuşada xalq arasında "dəli sudya" adı ilə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin ərmənilərə kömək etdiyi üçün Difainin Şuşa Komitəsinin qərarı ilə qətlə yetirilir. Gəncədəki polis rəisi Bannikov, Tərtərdəki polis rəisi Felikinski də eyni səbəbdən partiyanın qərarı ilə öldürülür. Sonralar Difai Partiyasının üzvlərindən bəziləri Stolıpinin irtica illərində həbs olunur, bəziləri isə Türküstana sürgün edilirlər (1908).

Qarabağda (Şuşada) Difai Komitəsinin üzvləri Nəcəfqulu ağa Cavanşir, Mircabbar ağa Ağamirov, Seyid Miriş Ağamirov, Əfrasiyab Əzimov, Alı kişi, İsfəndiyar Alpouti, Zərgər Məmiş və başqaları olmuşdur.

1907-ci ildə Difai Partiyasının qanadı Qarabağ Birlik Məclisinin fəalları kütləvi həbsə məruz qaldılar. Martın 23 və 24-də Hüseyn Münşiyevi, Əfrasiyab Əzimovu, Məşədi Şamil Hacıyevi, Zülfüqar bəy Haqverdiyevi, Xuduş Quliyevi, Kazım bəy Kazımbəyovu və Məmmədcəfər Muxtarovu Şuşa həbsxanasına saldılar. Tutulanların hamısını Həştərxan quberniyasına sürgün etdilər. Məmmədcəfər Muxtarov Iran təəbəsi olduğundan onu İrana yolladılar.

Şuşa təşkilatının üzvüləri: Kərim bəy Mehmandarov (sədr) Cahangir xan Nuribəyov (sədrin köməkçisi) Xuduş Quliyev (katib) Məşədi Şamil Hacıyev (hərbi təşkilatın rəisi) Muxtar bəy Muradov Əfrasiyab Əzimov İsmayıl bəy Axundov Mirzə Hüseyn bəy Münşizadə Zülfüqar bəy Haqverdiyev Məşədi Yusif Mirsiyabov Məmmədcəfər Muxtarov Hacı Sadıq Məmmədov Süleyman Əsgərov

Tərtər Tərtərdə partiya şöbəsinə Məşədi Alim İsmayılov, Məşədi Dadaş Muradxanov, Məşədi Fərhad Vəlibəyov, Məşədi Muxtar Kərbəlayı İbad oğlu başçılıq edirdi. Şöbənin təbliğatçıları Məşədi Muxtar Zeynalov, Hacı İbrahim İsmayılov, Kərbəlayı Mahmud İsmayılov, Məşədi Rüstəm Muradxanov, Məşədi Əli Dadaşov idi.

Difai təşkilatının üzvüləri:

Məşədi Dadaş Muradxanov Məşədi Şükür bəy Muradxanov Məşədi Rüstəm bəy Muradxanov

Davamçıları